booked.netbooked.net booked.net  

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Tezadlar.az CBC-Sport-a istinadla bildirir ki, matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Komandamıza uğurlar diləyirik. İnanırıq ki, "Qarabağ" daha bir ilkə imza atacaq...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN