booked.netbooked.net booked.net  

“Covid-19” – koronavirus epidemiyası nəticəsində 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığı məlum olub.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, 1950-2021-ci illər arasında 195 ölkədə ölüm nisbətləri və gözlənilən ömür müddətini, habelə sorğulardan, siyahıyaalmalardan və digər mənbələrdən əldə edilən məlumatları Qlobal Xəstəlik Yükü (GBD) qurumu təhlil edib.

  Vaşinqton Universiteti Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun (İHME) rəhbərliyilə aparılan araşdırmada 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığı və keçmiş artımların kəskin şəkildə geri çəkildiyi müəyyən olunub.

  İHME-nin tədqiqatçılarından olan Ostin E.Şumaxer (Austin E.Schumacher) “Covid-19” epidemiyasının bütün dünyada böyüklər üzərində daha çox təsir göstərdiyini söyləyərək deyib: "Epidemiya zamanı ölkə və bölgələrin 84 faizində gözlənilən ömür uzunluğu azaldı. Bu vəziyyət yeni patogenlərin dağıdıcı potensial təsirlərini ortaya qoyur."

  Qeyd edək ki, gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.

  Araşdırmanın təfərrüatları "The Lancet" jurnalında dərc olunub.

Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub

 Qeyd edək ki, hazırada dünyada koronavirusa yoluxma sayı çox az olsa da, hələ də kökü kəsilməyib və virus mutasiyaya  uğrayaraq müxtəlif növləri yaranıb...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN