booked.netbooked.net booked.net  

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımızın  xatirəsi dövlətimiz tərəfindən əziz tutulur və onların igidliyi, Vətən qarşısında canlarını fəda etmələri əbədiləşdirilir. Belə tədbirlərdən biri də Qubanın Qamqam kəndində baş tutub.

  Belə ki, Qubanın Qamqam kəndində şəhid, Vətən Müharibəsi qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə yaradılan bulağın, eləcə də Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan vətən oğullarının şərəfinə yaradılan xatirə kompleksinin açılışı olub.

Mərasimdə çıxış edənlər bildiriblər ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə Qamqam kəndinin igidləri də öz şücaətləri ilə seçiliblər.

Onlardan dördü Birinci Qarabağ, ikisi isə Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

Ətraflı Baku TV-nin süjetində:

 Şəhidlərimizn xatirəsi həmişə bizim üçün əziizdir. Heç nə və heç kim unudulmur və heç zaman da unudulmayacaq.

Şakir QURBANOV 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN