booked.net booked.net  

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində olmağa layiq komandadır".

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında 2012-2013-cü illər mövsümündə “Qarabağ”ın qapısını qorumuş Miro Varvodiç sabiq komandasının Almaniyanın "Bayer" kollektivinə qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.

Xorvatiyalı qapıçı Ağdam təmsiliçisinin bu mərhələdə iştirak etməsinin Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcəyini bildirib: "Qarabağ" rəhbərliyi və baş məşqçi Qurban Qurbanov nə etdiklərini çox yaxşı bilirlər. Onlar tezliklə Ukraynanın "Şaxtyor" komandası kimi böyük nəticələr qazanacaqlar. İnanıram ki, "köhlən atlar" 5-6 ildən sonra Avropa Liqası tituluna sahib çıxacaqlar".

O, Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"ə rəqib olmasını şansızlıq adlandırıb: "Bu mövsüm Xabi Alonsonun komandası çox güclüdür. Rekordlar qırırlar. Leverkuzen təmsilçisində çıxış edən bir dostumla danışdım, kollektivdə ab-havanın mükəmməl olduğunu hiss etdim. "Qarabağ"ın növbəti mərhələyə keçmək şansı çətin görünür. Ancaq “Bayer” də məğlubedilməz deyil. Ağdam təmsilçisi bu mərhələyə bəxtlə yox, keyfiyyətli oyun nümayiş etdirərək vəsiqə qazanıb. Futbolçular özlərinə inanmalı və heç bir təzyiq hiss etmədən oynamalıdırlar. İnanıram ki, iki matçdan sonra Avropa “Qarabağ”ın “Bayer”i məğlub etməsindən danışacaq”.

Varvodiç Bakıda keçiriləcək ilk oyunda azarkeş dəstəyinin önəmli olacağını da vurğulayıb: " Azarkeşlərə demək istəyirəm ki, möhtəşəm komandanı dəstəkləmək üçün Tofiq Bəhramov adına Respublika stadionunu doldursunlar. Onların komandaya verəcəyi dəstək çox vacibdir. Avrokubok matçlarında həmin arena hər zaman möhtəşəm olur. Uğurlar, “Qarabağ” və Azərbaycan xalqı”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN