booked.netbooked.net booked.net  

Ermənistanın Qarabağda törətdiyi vəhşiliyin nə adı var, nə də alternativi... Xocalıda törədilən soyqırım, körpə uşaqların, yaşlı insanların süngüyə keçirilib öldürülməsi, qadınların döşünün kəsilməsi, kişilərin övladlarının gözü qarşısında başının balta ilə kəsilməsi, körpələrin analarının gözləri önündə divara mıxlanması... Murdar erməni yazıçı Zori Balayanın kitabında bunları yazması, Sarkisyan donuzun bu barədə açıq müsahibələr verməsi və s. bir daha ermənilərin vəhşiliyinin, insanlığa sığmayan əməl sahibliyinin nə qədər sərhədsiz olmasının əyani sübutudur... 
***
Ermənilərin daha bir insanlığa sığmayan hərəkəti işğal etdikləri Azərbaycan ərazilərində qəbirləri dağıdıb qızıl diş axtarmasıdır. Bu, rəzillikdir, göreşənlikdir, insanlığa sığmayan əməldir. Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov bu barədə "Təzadlar"a bildirir ki, oktyabrın 20-də BMT-nin İqtisadi, SosialMədəni Hüquqlar üzrə Komitəsi üçün keçirlən brifinqdə səsləndirdikləri bəyanatda (hesabatda) elə bu barədə yazıblar: "...1992-2020-ci illər arası dövrdə işğal altında olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə erməni dəstələri fəaliyyət göstərmişdir. Azərbaycanın yerli əhalisinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbrləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır. İndiyədək 30 mindən artıq qəbirin qızıl axtarmaq məqsədi ilə dağıdıldığı müəyyən edilmişdir. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq “gold fever” adlandırırdılar".
Halbuki Azərbaycan hökuməti Bakının mərkəzindəki erməni qəbiristanlığını zəruri dövlət təyinatlı yol çəkilişi ilə bağlı Hövsan qəsəbəsindəki əraziyə köçürmüş, qəbirlər dini adətlərə uyğun mühafizə altına alınmışdır. Bir neçə il əvvəl Bakıda QHT tədbirində iştirak edən ermənilərdən bir neçəsi həmin məzarlığı ziyarət də etmişdir... 
Onu qeyd edək ki, 2020-ci ilin məlum 44 günlük Zəfər müharibəsi zamanı əsir düşən terrorçu ermənilərin ötən ay Bakıda məhkəmə prosesi keçirilirdi. Onlar 1990-93-cü illərdə girov düşən azərbaycanlılara necə işgəncə verdiklərini etiraf etməkdən başqa, həm də qəbirləri dağıdıb qızıl diş axtardıqlarını və başdaşılarının mərmər hissəsini Ermənistana daşıyıb təkrar emal edərək istifadə etdiklərini boyunlarına almışdılar. Erməni əsirliyində olmuş azərbaycanlı əsir və girovların da ifadələri də bunları təsdiqləyirdi...
Asif Mərzili
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN