Sabiq prezident Saakaşvilinin məhkəməsində sabiq prezidentin həyatı barədə maraqlı hadisələr xatırlanır...

"Biz Gürcüstanın büdcəsini 12 dəfə, Gürcüstanın iqtisadiyyatını 4 dəfə, iş yerlərini təxminən iki dəfə artırdıq". Gürcüstan KİV-ləri yazır ki, bu sözləri keçmiş prezident Mixeil Saakaşvili, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə iclasında çıxışı zamanı deyib. Saakaşvilinin sözlərinə görə, o, Gürcüstanı tərk edərkən hətda onların yemək pulu ilə bağlı problemi olub: "Biz boş bir ölkəyə gəldik ki, büdcəsi sıfır idi, aylarla pensiyalar, maaşlar ödənilmirdi. Biz Gürcüstanın büdcəsini 12 dəfə, Gürcüstanın iqtisadiyyatını isə 4 dəfə artırdıq. Ən əsası, boş bir ölkəyə gəldik, onu doldurduq və əliboş getdik. Sandra və Nikuşa Edvard babamın bizə hədiyyə etdiyi evdə yaşayırlar, anam isə mənim böyüdüyüm evdə yaşayır. Ğvarelidə istədiyimi bitirə bilmədim, amma mütləq bitirəcəm, kiçik bir kredit götürüb 40 otaqlı otel etmək arzum var, amma bu gün ora hansı haldadı hamı gedib baxa bilər", - deyə M. Saakaşvili bildirib. 

Saakaşvili əlavə olaraq bildirib ki, “Mən Gürcüstandan gedəndə həqiqətən də yemək üçün pul problemim var idi. Sonra dərslər keçməyə başladım. Amma indi məni, Gürcüstandan heç nə aparmayan bir şəxsi mühakimə edirlər. Pandemiya zamanı iqtisadiyyat çökəndə dəbdəbəli saraya yüz minlərlə, həmçinin maşında 102 min dollar ödəyən klan rəhbəri Levan Murusidze indi məni mühakimə edir".

Məhkəmə prosesi dünya ölkələri liderlərinin və beynəlxalq qurumların diqqətindədir...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 25 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA