Bütün sənədlərdə özünü “fəlsəfə elmləri doktoru” yazan Ələddin Məlikov sən demə, yalanlara könül veribmiş...

...Atalarımız yerində deyib ki, yalan ayaq tutar, amma yeriməz... Bəli, AMEA-nın yüksək vəzifə tutan şöbə müdiri Ələddin Məlikovun da yalanı ayaq tutdu, amma yerimədi.

Gələk mətləbə: Belə ki, Ələddin Məlikovun AMEA-nın rəsmi sənədlərində özünü “fəlsəfə elmləri doktoru” kimi yazaraq səlahiyyətlərini aşmasının mənasını hələ də çoxları bilmir. O, niyə özünün elmi dərəcəsini şişirdirmiş, bu onun nəyinə lazım imiş???

 Amma indi məlum oldu ki, hələ də Ələddin Məlikov “fəlsəfə elmləri foktoru” elmi dərəcəsini almayıb və bu elmi dərəcəni göstərmək hüququna malik deyildir. “Təzadlar”ın Araşdırma Qrupu bu istiqamətdə maraqlı faktları əldə edib. Məlum olur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubunda qeyd edilir ki, “Məlikov Ələddin Mehman oğlunun xarici ölkədə alınmış elmlər doktoru elmi dərəcəsi üzrə sənədləri hazırda müvafiq qaydada baxılmaqdadır”.

Azərbaycan Respublikası Baş Prokurorluğuna da müvafiq qaydada müraciət olunub və məsələ xüsusi nəzarətdədir. Tutduğu yüksək vəzifədə bu qanunsuzluğa yol verməsi və məlum olmayan səbəblərə görə AMEA-nın rəhbərliyinin bu qanunsuzluqlara susmağı və heç bir tədbir görməməsi maraq doğurur. Səbəb? Bu cür qanunsuzluqlar AMEA üçün artıq adi haldırmı? Ya Ələddin Məlikovun güclü himayədarları imkan vermir, ya da...  Bu məsələ ilə bağlı “Təzadlar”ın araşdırmaları davam edir. Ələddin Məlikovun hansı xarici ölkədə müdafiə etməsi ilə bağlı da maraqlı məlumatlar var. Artıq KİV sorğusu ilə həmin ölkənin təhsil müəssisəsinə müraciət edilib. O, bir müddət əvvəl İranın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Hazırda əsas iş yeri AMEA-nın RH Aparatı Təhsil Şöbəsinin müdiridir (rəsmi saytda isə həm də AMEA Fəlsəfə və Sosiologiya İnstitutu göstərilir).

(Ardı var)

“Təzadlar”ın Araşdırma Qrupu

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA