booked.net booked.net  

Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar.

Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək.

"TEZADLAR.AZ xəbər verir ki, bu fikri ölkəmizə rəsmi səfərə gələn Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarındakı çıxışı zamanı deyib.

"Bu, nümunəvi bir layihə ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumata görə Sizə təşəkkür edirəm.

Cənab Prezident, şəxsən Sizə uğurlar arzulamaq istəyirəm, Sizin ölkənizə və xalqınıza ən xoş arzularımı çatdırıram.

Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər.

Cənab Prezident, Sizə, Azərbaycana və Azərbaycan xalqına ən xoş hisslərimi çatdırıram və işlərinizdə uğurlar arzu edirəm. Əməkdaşlığa görə təşəkkür edirəm və bu işdə Sizin çox böyük şəxsi töhfəniz var. Slovakiya-Azərbaycan əməkdaşlığına töhfənizə görə təşəkkürümü bildirirəm", - deyə  Slovakiyanın Baş naziri Robert Fitso çıxışında qeyd edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN