booked.netbooked.net booked.net  

Eks prezident Mixeil Saakaşvilinin məhkəməsi gələn həftə Tbilisi şəhər məhkəməsində keçiriləcək.

Tezadlar.az Gürcüstan KİV-lərinı istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Şalva Xaçapuridze məlumat verib. O bildirib ki, hakim qeyri-qanuni həbsdə olan prezidentin cəzadan azad edilib-edilməməsi və müalicəyə buraxılıb-buraxılmaması barədə qərar verməlidir: "Mixeil Saakaşvilinin vəziyyəti ağırdır, bunu məhkəmənin tibbi ekspertiza rəyi də təsdiqləyir. Biz məhkəmə ilə əlaqə saxlamışıq. Onlar Saakaşvilinin şəxsi işini və xəstəlik tarixçəsini xüsusi cəzaçəkmə müəssisəsindən istəyiblər və müvafiq olaraq, məhkəmə prosesi bu həftə təyin olunacaq", - deyə vəkil Ş. Xaçapuridze bildirib.

Siyasi ekspertlər və hüquqşünaslar da hesab edir ki, Saakaşvilinin həbsdən azad edilməsi üçün yetərincə səbəblər və əsaslar var. Qalır siyasi hakimiyyətin iradəsinı və qərarına...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN