booked.net booked.net  

Bildirdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum olub.

Tezadlar.az bildirir ki, Azərbaycan XİN baş verən bu vandalizm hadisə ilə bağlı rəsmi bəyanat yayıb. “27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.  Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Allah şəhidimizə rəhmət eləsin!”.

Xatırladaq ki, İranın Bakıdakı Səfirliyinin mühafizəsi isə diplomatik qayda və qanunlara rəğmən ciddi şəkildə mühafizə olunmaqdadır. Bununla belə, Səfirliyin qarşısında olan "Təzadlar"ın baş redaktoru Asif Mərzilinin verdiyi məlumata görə, hazırda ərazidə ciddi narahatlıq var. Belə ki, çoxsaylı polis əməkdaşları və jurnalistlər səfirliyin qarşısındadır. Jurnalistlər İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin baş verən hadisəyə İranın rəsmi mövqeyini və görülən tədbirlərin mahiyyətini öyrənmək istəyirlər. Bu dəqiqələrədək hələki bir rəsmi açıqlama yoxdur...

Əlavə məlumat veriləcək.

Sonda: İranın rəsmi orqanları son vaxtlar Azərbaycan əleyhinə qonşuluq və müsəlmançılıq ənənələrinə zidd olaraq təbliğat aparırlar. Hətta buna görə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Elçin Məmmədli

ir-1

ir-2

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA