booked.netbooked.net booked.net  

Paytaxt Tbilisidə öz nənəsinin qətli üçün silahlı muzdlu tutan şəxs saxlanılıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki,  bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, istintaq zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü şəxs öz nənəsinin qətlini sifariş edib və bunun üçün muzdlu qatil tutaraq ona 150.000 ABŞ dolları ödəyəcəyini söz verib.
Təqsirləndirilən şəxs nənəsini öldürməli olan digər şəxsə öz nənəsinin adını, yaşını, yaşayış ünvanını verərək internet tətbiqi vasitəsilə onun fotosunu göndərib. Nəvə, cinayətin baş tutması üçün qatilə əvvəlcədən müəyyən məbləğdə pul verib, qalan məbləği isə sifariş icra olunandan sonra ödəyəcəyini vəd edib. Polis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və gizli istintaq tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü şəxsi saxlayıblar.

Həmin şəxsin kimliyi hələki ictimaiyyət üçün açıqlanmır. Nəvə nənəsinin qətlinı niyə bu qədər məbləği ödəməyə razı olub?

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN