booked.net booked.net  

Xəbər verdiyimiz kimi, fevralın 18-də Bakıdakı "Hilton" Hotelində  Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda Beynəlxalq konfrans keçirildi... 

Konfransı giriş sözü ilə açan Assosiasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akdemiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov qonaqları salamladı və konfransın gündəliyində duran müzakirə mövzularını elan etdi.  Sonra çıxışlar, müzakirələr başladı. 
XXX
Onu da deyim ki, professor İlham Rəhimov, əslində, olduqca incə bir məqamı ortaya qoymuşdu. Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 17-dən 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Prezident İlham Əliyev Münxendə iştirak etdiyi bu yüksək səviyyəli Konfransda, Professor İlham Rəhimov isə Bakıda Avropada sülh və təhlükəsizliyin qarantı olan vacib məsələlərin müzakirəsində əsas rol oynayan liderlər oldular...

AZƏRBAYCANIN DÖVLƏT VƏ İCTİMAİ MARAQLARI BEYNƏLXALQ MÜZAKİRƏLƏRDƏ...

Diqqətə çatdırım ki, dünən və bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer və ümumiyyətlə, Avropanın nüfuzlu təşkilatlarının rəhbərlərinin Prezident ilham Əliyevlə ardıcıl görüşləri oldu. Bütün bu görüşlərin əsas mövzusu Avropada sülh və təhlükəsizlik olsa da, eyni zamanda, həm də Azərbaycanın Avropanın bir parçası olaraq dünyada artan nüfuzu və rolu liderlərin bu müzakirələrində əsas hədəflərdən oldu.

6a2b585d-ffc4-4468-8776-b3d98de1aab1

Qayıdıram professor İlham Rəhimovun Bakı Konfransına... Bu gün -fevralın 18-də  isə Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıqmövzusunda beynəlxalq konfrans keçirildi. Ənənəvi olaraq keçirilən bu beynəlxalq tədbiri həm də "Professor İlham Rəhimovun Bakı Konfransı" adlandırmaq olar. Çünki bu beynəlxalq Konfransın Bakıda keçirilməsində də elə əsas məqsəd Ermənistanın 30 illik işğalına son qoymuş Azərbaycanın məhz paytaxtında Cənubi Qafqazda və bütövlükdə regionda sülh və təhlükəsizliyin qarantı olacaq qlobal məsələlərin müzakirə edilməsi idi. Qısası, eyni gündə Prezident İlham Əliyevin bu problemləri Avropanın mərkəzində, Professor İlham Rəhimovun isə eyni məzmunlu məsələləri Bakıda müzakirə etməsi təsadüfdürmü, deyə bilmərəm. Amma o faktdır ki, bütün təsadüflər zərurətdən doğur. Zaman və tarixi məqam o vəziyyətdədir ki, Azərbaycan Avropa və dünya üçün artıq bir zərurətdir!

XXX

Beləliklə, bu gün Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov Bakı konfransı iştirakçılarını salamlayaraq dedi: "Bir neçə ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri də Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xarici ölkələrdən gələn 30-dan çox nüfuzlu rəsmi nümayəndəyə  izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var. Biz həm də istəyirik hamı bilsin ki, Azərbaycan Avropanın deyil, həm də dünyanın bir parçasıdır, bölgədə sülhün və əminamanlığın qarantıdır".

 Sonra söz Rusiya Elmlər Akademiyasının (REA) akademiki, REA Rəyasət Heyətinin üzvü, Rusiya EA prezidentinin müavini, RF hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Taliya Xabriyevaya verildi. Xanım Xabriyeva dedi ki, "...qarşılıqlı əlaqələrimizin inkişafı üçün tarixən və bu günümüzdə də lazimi tövsiyələr işlənib hazırlanıb. Ötən il bir çox vacib hadisələr də baş verdi. Belə ki, assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçildi. Keçən ilin sonuna yaxın isə İlham Rəhimov Rusiya Elmlər Akademiyasının üzvü seçildi. Nəhayət, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olundu...”.  
Bu xoş müjdəli xəbər alqışlarla qarşılandı. 

 Daha sonra Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA Rəyasət Heyətinin üzvü, REA-nın Dövlət və Hüquq institutunun  direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç giriş nitqi söylədi.  Həmçinin Konfransın mövzusu ilə bağlı Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Nikolayeviç Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik (Rusiya) məruzə ilə çıxış etdilər. Bu məruzələrdən sonra isə konfrans iştirakçıları ardıcıllıqla çıxış edərək mövzu ilə bağlı geniş müzakirələr apardılar.

 Onu da deyim ki, bu  beynəlxalq Bakı konfransında Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edirdilər. Müzakirələrdə təkcə Avropa məkanında yerləşən ölkələrə xas hüquqi cəmiyyətin formalaşma problemləri deyil, həm də Avropa və dünya üçün sülh və təhlükəsizliyin əsas qarantı olan məsələlər önə çəkilirdi... Hətta bir çox çıxışlar Rusiya və Ukrayna müharibəsinə, eləcə də Ermənistanın işğalçılıq siyasətinə, Türkiyədəki dəhşətli zəlzələnin vurduğu ziyanın dost ölkələrin qardaşlıq yardımı ilə aradan qaldırılması və s, məsələlərə köklənmişdi... Məsələn,Türkiyə Respublikasının Baş Prokuroru vəzifəsini icra edən Ridvan Gündoğdu çıxış edərək Bakı Konfransına dəvət üçün Professor İlham Rəhimova dərin təşəkkürünü bildirərək Azərbaycanın məlum zəlzələ ilə ilə bağlı qardaş Türkiyəyə böyük dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirdi.

 Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova Bakıda keçirilən “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusundakı konfransda bildirdi ki, "...Ermənistanın Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycan təbiətinə çox ziyan dəyib. Buna etiraz olaraq Laçın yolunda aksiya keçiriir. Bütün bu cinayətlər yalnız hərbi cinayətlərin içərisində məsuliyyət sayılır... Müharibə nəticəsində dağıdılan digər şəhərlərə baxsaq görərik ki, Azərbaycan şəhərləri olan Ağdam, Füzuli tamamilə dağıdılıb. Bu şəhərlər hərbi əməliyyatlar olmayan dövrdə dağılıb. Məqsəd isə həmin şəhərin sakinlərinin ora qayıtmasının qarşısını almaq və tarixi yaddaşını silmək olub. Ona görə də cinayətkar dövlət haqqında danışarkən paralel olaraq onların məsuliyyətindən də söz açmalıyıq".

 Konfrans gərgin müzakirələrlə davam etdi. Professor Xanlar Ələkbərov beynəlxalq cinayətkarlıqdan danışarkən konfrans iştirakçılarının diqqətinə Ermənistanın Azərbaycana qarşı törətdiyi misli görünməmiş cinayətlərini də çatdırdı. Ən vacibi, bütün bu müzakirələrin əsas mövzusu Avropada təhlükəsizlik və Azərbaycanın bu təhlükəsizlik fəlsəfəsindəki rolu idi. Bəli, Azərbaycan Cınubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı olmaq iddiasını ortaya qoyub və artıq bu istiqamətdə lazimi işlər görülməkdədir.

XXX

Bəli, Professor İlham Rəhimovun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq Konfrans Azərbaycanın dövləti və ictimai maraqlarının daha bir ifadəsi kimi diqqətəlayiq idi.

Konfransın sonunda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimov yekun nitqi söylədi, qonaqlara konfransın işində fəal iştirak etdikləri üçün təşəkkürünü bildirdi...

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünaslarının Bakı Konfransından:  
 Asif MƏRZİLİ 

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.4).

4b5c8729-c4e3-41e9-a7dc-4eb515cedc11

995f693c-e648-4e3d-9ee3-fda0acb1c8c0 
39d20973-8d51-4213-8a9d-bd738f2a7059
522f9716-9174-4761-932e-d181a8e527bc
5aa555f7-5fef-42db-866b-b69ca5361a22

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN