booked.netbooked.net booked.net  

 Ermənilər Rusiya sülhməramlıların burnunun ucunda at oynadır, sakit dayanmır...

Yenidən sərhədimizə hücum ediblər... Blə ki, ötən gün saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edib. Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata əsasən, Azərbaycan Dövlət Sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. DSX-dən verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­ıblar. "Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək".

Bəli, təkcə Ermənistanın yox, bütün məsuliyyət həm də Rusiyanın üzərinə düşür. Çünki Qarabağa hərbi qüvvələrini gətirən Rusiya burada sülh yaratmağı boynuna götürmüşdü. Amma bu belə deyil. Bəs nə etməli? Bəlkə Azərbaycan hərbçiləri də Ermənistana hücum etməlidir? Başqa yol qoyulmur...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN