booked.net booked.net  

İsrailin Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edərək  20 yanvar 1990-cı ildə həlak olanların xatirəsini ehtiramla yad edib.

TEZADLAR.AZ xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə hesabında Azərbaycana dəstək sözləri yazıb.

O, həlak olanların xatirəsini ehtiramla yad edib,  əzm və iradəsinə görə Azərbaycan xalqına heyran olduğunu bildirib.

“Kədərə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə iradə nümayiş etdirdi. İsrail xalqı hər gün olduğu kimi, bu gün də Azərbaycan xalqının yanındadır”, -  Corc Dik qeyd edib.

Səfir paylaşımında İsraillə HƏMAS hərəkatı arasındakı münaqişəni də xatırladıb. Səfir qeyd edib ki, İsrailin bu müharibədə uğur qazanması həyat və azadlığın qələbəsi deməkdir.

Corc Dik xiyabandan çəklimiş fotosunu da paylaşıb.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN