booked.netbooked.net booked.net  

Koala Climbing Tree

 Yaxud, Prezidentin sərəncamı ilə Əli Nağıyevin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyinatının incəlikləri…

 …Azərbaycanın milli təhlükəsizliyinin keşiyində duran bu günkü Dövlət Təhlükəsizlik Xidmətinin son 30 ili mənim də gözümün qarşısındadır. Neçə-neçə nazir dəyişib, sonda adı da dəyişib. Amma sonuncu dəfə Eldar Mahmudovun nazir təyinatı ilə çox ənənənin izi-tozu belə itdi. Əlbəttə, ona etibar edilmiş və etimad göstərilmişdi. Elə isə günahı etibar edəndə yox, təbii ki, etibar olunanda axtarmaq lazımdır. Bir halda ki, söhbət başı üzərində tarixlər boyu qara buludlar dolaşmış Azərbyacanın milli təhlükəsizliyindən gedir, deməli, bu sahə daha stratejidir, daha etibarlı əllərdə olmalıdır.

 Keçmişə qısa ekskursiya: 70-ci illərdə ustad Məmməd Araza Dövlət mükafatı verilir. AzTV-nin əməkdaşları bir çox tanınmışlardan bu mükafata münasibət öyrənirlər. Görkəmli alim Xudu Məmmədov da dostunun mükafatına arzularını ifadə edərək belə deyir: «…Əlbəttə, bu böyük hadisədir. Çünki hökumətimiz Məmməd Araza Dövlət mükafatı verməyi ilə o ali mükafatı hörmətə mindirdi».

Sözümün canı var: Prezident İlham Əlyievin sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi. O, elə əvvəllərdə də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik etmişdi. O, 2004-cü ildə Milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdu və Prezidentin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə ona general-mayor hərbi rütbəsi verilmişdi. O, peşəkar istintaqçı və mili təhlükəsizlik üzrə ciddi əməliyyatçı idi. DİN-nin iqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsindən MTN-ə rəhbər təyin edilmiş fərqli təfəkkürlü Eldar Mahmudovla bir yerdə, özü də onun tabeliyində çalışmaq isə çətin idi. Həm də əzablı. Çünki Ə.Nağıyev, hadisələrin sonrakı gedişi də bunu göstərdi, MTN-də baş verənlərin həddi-hüdudu yox idi. Eldar Mahmudovun dəstəsinin cinayət əməllərinin üstünün açılması isə bir müddət sonra baş verdi. Ölkə ictimaiyyəti də bilir ki, iş adamlarının, sahibkarların, bank rəhbərlərinin fəaliyyətinə alverçi münasibəti bütün qanuni-qanunsuz sərhədləri aşmışdı… Ən gülməlisi: məlumdur ki, Azərbaycanda hamı ənənəvi olaraq MTN-ə həmişə hörmət bəsləyib. Çünki bu qurum dövlətimizin təhlükəsizliyinin qarantı olmuşdur. Eldar Mahmudovun komandası isə bu hörməti o biri hörmətlə dəyişik salmışdılar və yetənə, ələ keçənə, gözə dəyənə «Bizə hörmət elə!» diqtəsini yeridirdilər. Və Əli Nağıyev üçün bunlara dözmək mümkünsüz idi. O, nəhayət,  Prezidentin  11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu…

 

«Axı dünya fırlanır…»

 Bəli, ustad Bəxtiyar Vahabzadə Axı dünya fırlanır» şeirində yazırdı:

«Vaxtın dəyirmanında daş əridi, qum oldu, 
Tarixə atdığıımız qayıtdı, lüzum oldu. 

Dünənin həqiqəti bu gün tərs yozum oldu, 

Niyə də yozulmasın, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
 
Quruyan çeşmələrdən sular yenə car olur.
 
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
 
Niyə təkrar olmasın? Axı, dünya fırlanır…».

Bəli, dünya fırlanır, fırlandıqca yuxular həqiqət olur, şər yoxa çıxır, yox olanlar isə meydana çıxır… Əli Nağıyev düz 8 il peşəkar kəşfiyyatçılığından kənarda qaldı, amma dünya fırlandı, o, yenidən həmin meydana qayıtdı. Atalarımızın bir fəlsəfəsi də özünü doğruldur: «su axan yerdən bir də axar…». Mən mətbuatdan oxudum ki, sabiq MTN naziri Namiq Abbasov Əli Nağıyevin təyinatına münasibət bildirərkən deyib: «Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”. Bu peşəkar çekistin, sabiq nazirin vaxtilə müavini işləmiş Əli Nağıyevə və onun təyinatına, ona verilən etimada verdiyi dəyəridir.

 Yerinə düşər deyə, bir vacib məqamı da xatırladım: məsələ ondadlır ki, komanda rəhbərə, rəhbər də komandaya həmahəng olur. 2014-cü ildə keçmiş ABU renktoru Elşad Abdullayevin vacebook səhifəsində Azərbaycan hakimiyyətinin bütün qolları cinayətkar adlandırılırdı. Və bu müntəzəm xarakter almışdı, uzun illər idi davam edirdi. Hərdən düşünürdüm ki, adi bir KİV yazısını ələkdən keçirən MTN necə olur ki, bu boyda şantaj və böhtanları görmür? Axı orda prezidentin və ailəsinin də ünvanına diləgətirilməsi mümkün olmayan təhqir və böhtanlar, biədəb ifadələr işlədilir. Bəs bizim MTN nazirimiz, digər aidiyyəti nazirlərimiz… hardadırlar və niyə, kimə susurlar???

 Buna bəlkə də bəzi hallara göz yummaq olardı. Amma bir gün, daha dəqiq desəm, 2014-cü ildə  axşam saatlarında onun səhifəsində sabiq Prezident Heydər Əliyevin, Prezident İlham Əliyevin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, nazir Ramil Usubovun, eləcə də nazir Eldar Mahmudovun, Baş Prokuror Zakir Qaralovun, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun… ünvanına ciddi qeyri-etik ifadələr, söyüşlər, diləgətirilməsi mümkünsüz olan söyüşləri gördüm. Hansısa saxta profillərin birində isə rəhbəri olduğum «Təzadlar» qəzetinin adı guya PA rəhbəri Ramiz Mehdiyevin, Əli Həsənovun və Ramil Usubovun tribunası kimi yazmışdılar. Mən dərhal həmin yazışmaları kompüterin yaddaşına köçürdüm. Sonra E.Abdullayevin mesaj ünvanına indii yaza bilməyəcəyim bəzi ifadələri yazdım. Yazdım ki, bir neçə gündən sonra məni Parisdəki filan küçədəki, filan nömrəli mənzilinin qarşısında görəndə təəccüblənmə. Bilirsən nəyə gəlirəm? Gəlirəm sənin… Və sair… Mən ona anlatmışdım ki, Prezident İlham Əliyevin özü və ailəsinin şərəf və ləyaqətini məxsusi dövlət orqanları qoruyur, bu Konstitusiyada təsbit olunub Amma Prezident dövlətimizin atributudur, onu təhqir edənin, aşağılayanın, söyənin… cavabını külli Azərbaycan verməlidir, bu sayın içində məni də gör! Heç 20 saniyə keçmədi, həmin söyüş və təqir dolu statuslar silindi, amma mən surətini çıxarıb saxlayırdım.

Səhəri gün MTN naziri Eldar Mahmudova ərizə yaxzdım ki, təcili tədbir görün. MTN-dən mənə zəng etdilər ki, məktubunuz çatıb… Nə baş verdi? Bu da mili təhlükəsizlik nazirimizin onu təyin edən, etimad göstərən Prezidentinə sədaqəti: bir neçə gündən sonra məni Bakı şəhər Prokurorluğuna çağırdılar, məni qəbul edən ədliyyə polkovniki nə desə yaxşıdır: «Sizin şikayət MTN-dən bizə göndərilib, siz Elşad Abdullayevi məhkəməyə verin…».

Bu, sözün bitdiyi yer deyildimi?!

 MTN-nin potensialı jurnalistləri güdməyə istifadə ediləndə…

 Və mən dəfələrdə demişəm, yazmışam, bu günkü Avropa ünvanlı bədnam söyüş və təhqirlərin   bünövrəsi məhz Eldar Mahmudovun nazirliyi dövründə qoyulmuşdur. Necə? Jurnalist Qənimət Zahidlə müvavini Əhmədov «3 Palma» restoranında istirahət edəndə onların gizli videosunun çəkilməsində, jurnalist Xədicə İsmayılın kirayədə qaldığı mənzilinə gizli kamera quraşdırıb onun yataq səhnələrini çəkdirəndə… Bu gün məhz belə izləmələrin, təzyiqlərin əlindən baş götürüb Azərbaycanı tərk edən onlarla jurnalist var, onları isə təqib etmək, evinə gizli kamera quraşdırmaq yox, onların hər birinə Azərbaycanda adam balası kimi dolanması və ailəsini dolandırması üçün şərait yaratmaq lazım idi. Dəfələrlə yazmışam, məsələn, Qənimət Zahidin mənzil şəraitini bilirdim, jurnalistlərin binasından katibələrə paylanan mənzillərdən bir ikiotaqlısını versəydilər, o, indii Avropada «meydan» sulayardımı? Bəlkə Sevinc Osmanqızına, Xədicə İsmayıla, Vahid Qaziyə, Elbəyi Həsənliyə… «bir köynək yaxın»dakılara edilən diqqətdən olsaydı, indii onlar Avropada oturardılarmı???

Deməyim odur ki, azərbaycanın mili təhlükəsizliyinə həm də virtual dünyada təhlükə var və bunun qarşısının alınması üçün peşəkar çekistə-rəhbərə ehtiyac var idi. İnanıram və güman edirəm ki, general Əli Nağıyev Bəxtiyar Vahabzadə demiş, «fırlanan dünya»nın məntiqi-fəlsəfi bəhrəsidir ki, 8 illik ayrılıqdan sonra yenidən dövlətimizin mili təhlükəsizliyinin ona etibar edilməsinə etimad qazandı.

Sonda: yazının əvvəlində ustad Məmməd Arazla görkəmli alimimiz Xudu Məmmədovun xatirəsinə hesablanmış hadisənin mahiyyətindən çıxış edərək bir də deyirəm: general Əli Nağıyevin Azərbaycanın mili təhlükəsizliyinə cavabdeh bir quruma-Dövlət Təhlükəsizlik Xidmətinə rəhbər təyinatı ilə bu quruma keçmiş və itirilmiş hörməti qaytarmağa hesablanıb, onu hörmətə mindirib... Bizə isə general Əli Nağıyevə Azərbaycan adına hesablanmış bu vəzifəsində uğurlar diləmək qalır…

Asif MƏRZİLİ

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN