booked.netbooked.net booked.net  

Gürcüstanla bağlı Rusiyanın yürütdüyü siyasət kütləvi ictimai narazılıqla müşaiyət olunur..

Artıq bu siyasət Gürcüstanda hakimiyyət komandasında ikitirəlik yaratmaqdadır. "Rusiya hibrid strategiyaya başlayıb və bizim Avropa İttifaqına daxil olmağımıza mane olmağa çalışır, onlara isə açıq-aydın indiki hökumət kömək edir",- deyən ölkə prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində həm də bildirib ki, Gürcüstan Avropa İttifaqına daxil olmağın yolunu seçkilər yolu ilə tapmalıdır: “Bu, strategiyaya çevrilməlidir və növbəti seçkilərə yönəlməlidir. Bu ölkədə daha çox çevrilişlərə, radikal qərarlara ehtiyacımız yoxdur, bu ölkədə sabitlik qalmalıdır və seçkilərdə Avropaya doğru yolumuzu qazanmalıyıq. Bu il, seçkilərin mövzusu Rusiya və ya Avropa olacaq və mən Gürcüstanın nə seçəcəyinə şübhə etmirəm”.

Ölkədə isə Rusiya maraqlarına xidmət edən qanun layihəsinin müzakirəsi ciddi ictimai etirazla qarşılanmaqdadır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN