booked.netbooked.net booked.net  

Dünyanın ən yüksək gəlirli, amma qaranlıq biznesi sayılan silah alveri siyasi güclərin əsas  manipulyasiya alətləridir. Başqa sözlə, dünyada kataklizmlərin, müharibələrin, qarşıdurmaların yaşanması məhz bu sahədə bir çox dövlətlərə sərf edir. Çünki onlar buna “iqtisadi gəlir mənbəyi” kimi baxan güclərdir. Dünyada baş verən müharibələr silah biznesinin tərəflərini maraqlandıran ən mühüm amildir. Bu baxımdan, silahlaranın əsas funksiyası müdafiə xarakterli deyil də, siyasi və biznes gəlirindən ibarətdir.

Geniş silah-sursat satışı ilə məşğul olan ölkələr daima öz iqtisadi maraqlarını təmin etmək üçün “axtarışda” olurlar. Etiraf edək ki, buna nail də olurlar. Bununla əlaqəli onlar bir çox coğrafiyalarda kataklizmləri körükləyirlər. Bir vaxtlar İraqda baş verənlərə əsaslanaraq bu fikrə gəlməyimiz heç də əsassız deyil. Məsələn, öz tempində, sakit, heç bir ölkə ilə işi olmayan İraqdakı “raket var” adı altında aparılan siyasət nəticəsində o ölkədə dövlət çevrilişinin olması, Səddam Hüseynin devrilməsi, Liviya hadisələri, Qəddafinin çevrilişi, Suriya hadisələri, orada tökülən məsum qanlar, ölkənin bombardman edilməsi, Türkiyədə kürdlərlə qarşıdurmaların yaşanması, Hindistan-Pakistan münasibətləri, Əfqanıstan olayları, Rusiya-Ukrayna münaribəsi, İsrail-Fələstin münaqişəsi danılmaz faktorlardandır. Bu siyahını istənilən qədər uzatmaq olar. Amma məqsədimiz başqa ölkələrin xarici və daxili işinə müdaxilə etmək deyil.

Bu səbəbdən də diqqətinizi öz ölkəmizdə cərəyan edilən hadisələrə yönəltmək istəyirəm. “Köhnə qitə”nin Qarabağ münaqişəsi zamanında açıq-aşkar Ermənistanı bütün növ silah-sursatla təmin etməsi bu kimi faktların ən bariz nümunələrindəndir. Ermənistanı silahla daima təchiz edən Fransa bu qeyri-qanuni fəaliyyətini biz Erməniztanla qardaş ölkəyik deməklə kifayətlənmişdir. Hətta İran, ABŞ, İngiltərə kimi nəhəng dövlətlərin də Ermənistanı dəstəkləmələri, onların üzərindən kifayət qədər gəlir əldə etmələri də danlmaz faktlardan biridir. Azərbaycanın qələbə qazanmasına mane olan bəzi ölkələrin sayəsində bu münaqişə nə az, nə çox, düz otuz il davam etdi. Silah manipulyasiyası aparan dövlətlərin əlində olsaydı, bu münaqişə bundan sonra ən azı otuz il də davam edərdi. Lakin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsində Qarabağ torpaqları işğaldan azad edildi. Azərbaycanın qanuni torpaqlarında artıq öz sahiblərinin, qarabağlıların oraya böyük qayıdış etməsi üçün böyük tikinti və abadlıq işləri aparılır. Hazırda dağılmış, uçurulmuş abidələrimiz bərpa edilir, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri, məscidlər, hava limanları və s. tikilməkdədir. İşğaldan azad olunmuş bəzi yurd yerlərimizə artıq sakinlər köçürülür.

Cənab Prezident İlham Əliyevin son çıxışlarının birində də bu haqda belə bir fikir səsləndi ki, 2025-ci ilin sonunadək Qarabağ sakinləri doğma yurdlarına dönəcəklər...

Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycanın bu uğurları “bəzi” ölkələri hələ də narahat etməkdədir. Avropa İttifaqının bəzi ölkələrinin hələ də Azərbaycanı qaralamaq siyasəti bu kimi faktlardan biridir. Əslində o ölkələr üçün Azərbaycanın və yaxud Ermənistanın haqlı və ya haqsız olması heç də maraqlı deyil. Məqsəd münaqişələrin olması, silah satmaq, öz güclərinə güc qatmaq, hətta silah manipulyasiyasını möhkəmləndirməkdən ibarətdir. Dost adı altında aparılan bu “siyasət” bizlərdə ikrah hissi doğurur. Bu yerdə Dostoyevskinin, Tolstoyun vaxtilə dedikləri bir fikri yadıma düşdü: “Dostlarınızla siyasət aparmayın. Siyasətçilər siyasət meydanında qalar, siz isə dostlarınızdan olarsınız. Çünki siyasət meydanında vəziyyət hər an dəyişə və hər şey baş verə bilər. Nəticədə, siz öz siyasətinizin çirkabında axır-əvvəl boğularsınız...”.

Rövşanə XUDATQIZI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN