booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu başa çatdırıb...

Tezadlar.az xatırladır ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmaqla 2024-cü il aprelin 1-dək Komissiyaya təqdim edilməli idi. Artıq həmin müddət başa çatıb. Zldə etdiyimiz məlumata görə, hazırda komissiyanın işçi qrupu təqdim olunmuş əsərlərin(işlərin) qiymətləndirilməsini davam etdirir.  

Xatırladırıq ki, Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. Əsərlər dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur. Fundamental və tətbiqi elmlərə aid əsərlər isə müvafiq elmi şuraların, bədii əsərlər isə yaradıcı ittifaqların qərarları əsasında Dövlət Mükafatına təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.

Qeyd edək ki, Asif Mərzilinin 1-ci və 2-ci Qarabağ müharibəsindən, eləcə də Zəfər müharibəmizdən bəhs edən, həmçinin Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanı da Dövlət Mükafatına təqdim edilib.

Elbar ŞİRİNOV 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN