booked.netbooked.net booked.net  

…Separatçı Vardanyanın oğlu David Vardanyan CNN-ə müsahibə verib… O, atasının «pozulmuş» hüquqlarından danışıb, Azərbaycanın əleyhinə fikirlər səsləndirib…

Ən maraqlısı, CNN titrdə belə bir təqdimat verib: «Keçmiş Dağlıq Qarabağ liderinin oğlu atasının saxlanması ilə bağlı tam şəffaflığın olmamasından bəhs edir…». CNN titrdə ardınca belə yazıb: «Aparıcı Kristian Amanpur separatçı Dağlıq Qarabağ hökumətinin keçmiş lideri, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyanla danışır…».

Bəli, artıq ABŞ və dünya ictimaiyyəti də bilir ki, Ruben Vardanyan separatçı idi. Belələrinə isə bəşəriyyətdə yer yoxdur, nəinki azad cəmiyyətdə...

Ağlına gələni danışan David Vardanyan atasının indiyədək nə işlə məşğul olduğunu, Qarabağda separatçı yuvası yaratmaq üçün daha hansı siyasi hoqqalardan çıxdığını bilməmiş deyil… Elə isə, indiki halda, susması daha yaxşıdır…

***

Xatırladırıq ki, CNN-nin də qeyd etdiyi kimi, separatçı Ruben Vardanyan- 1968-ci il mayın 25-də İrəvanda anadan olub. Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini ailə fonduna, idarəetməni isə tərəfdaşlarına keçirmək qərarına gəlib. 2022-ci il oktyabrın 20-də qondarma «Dağlıq Qarabağ Respublikasının tanınmamış dövlət qurumunun hökumət başçısı vəzifəsini tutmağa razılaşıb. Ruben Vardanyan 2022-ci il noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Azərbaycan Dövlət Sərhəd Xidməti isə 2023-cü il sentyabrın 27-də Vardanyanı Dağlıq Qarabağdan Ermənistana doğru qaçıb aradan çıxmaq istədiyi bir vaxtda Laçın sərhəd-keçid məntəqəsində saxlayıb, Bakıya aparılıb, DTX-yə təhvil verilib.

***

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Vardanyan Rusiya hərbi hava nəqliyyatında böyük rol oynayan hava yükdaşıma şirkəti olan “Volqa Dnepr”in idarə heyətinin üzvü roluna görə Ukrayna hökumətinin sanksiya tətbiq etdiyi şəxslər siyahısına salınıb. O, Ukrayna Xüsusi Xidmət orqanları tərəfindən axtarışa verilib. Ən maraqlısı, 4 mart 2019-cu ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi (OCCRP) Troyka laundromatı ilə bağlı araşdırma dərc edərək, Vardanyanın 76 ofşor şirkətdən ibarət şəbəkəsi və təxminən 4.6 milyard ABŞ dollarının yuyulması haqqında məlumatı dərc edib. 2022-ci ildə Ruben Vardanyana ABŞ Konqresi tərəfindən H.R.6422 - Putin Hesabatlılığı Aktı əsasında sanksiya tətbiq edilməsi təklif edilib. Bundan sonra o, Rusiya vətəndaşlığından imtina edərək Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsinə köçüb. Bəziləri bunun sanksiyalardan yayınma hərəkəti olduğunu desə də, Vardanyan müsahibələrində bunu təkzib edib. Digər mənbələr onun Kreml tərəfindən sülh danışıqlarını pozmaq və Rusiyanın regionda təsirini saxlamaq üçün göndərildiyini iddia edirdilər. Hətta ona «Putinin pul kisəsi» ləqəbi də verilib.

Bu da oğlu tərəfindən yazıq, hüquqları pozulmuş kimi təqdim edilən Ruben Vardanyan!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN