"Gürcüstanda yaranmış gərgin siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir”.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bunu ölkə Prezidenti Salome Zurabişvili yerli mətbuata müsahibəsində deyib. O vurğulayıb ki, hökumətin təqdim etdiyi xarici agentlərlə bağlı qanuna mütləq şəkildə veto qoyacaq. Zurabişvilinin sözlərinə görə, 30 il ərzində ölkəsinə dəstək göstərən qüvvələri agent adlandırmaq ölkənin Avropa İttifaqına yolunu bağlayır və heç bir məntiqə sığmır: “Gürcü arzusu” partiyasının xarici agentlərlə bağlı təqdim etdiyi layihə dost Avropa ilə münasibətlərimizə ciddi xələl gətirir. Bu qanuna sərf etdiyimiz vaxtı daha səmərəli işlərə ayıra bilərik. Ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə yalnız seçki qadirdir. Avropa İttifaqı rəsmiləri təkcə küçələrə çıxan deyil, həm də seçkiyə gedən əhalinin səsini eşitməlidir. Mən qanuna veto qoysam da, bu simvolik xarakter daşıyacaq və hökumət vetonu adlayıb sənədi qəbul etdirəcək”, - deyə S. Zurabişvili vurğulayıb. Xatırladaq ki, bu il Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN