Artıq iki gündür ki, Bakıda Cavanşir körpüsünün söküntüsü paytaxt yollarında ciddi sıxlığa səbəb olub...

Alternativ yolların olmaması səbıbindən mərkəzdən keçməli olan avtomobillər bütün günü vaxtını tıxaclarda keçirməli olur.

Hazırda isə Bakıda nəqliyyatın sıxlığının müşahidə olunduğu yolların siyahısını Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlayıb. Tezadlar.az həmin siyahını təqdim edir və sürücülərə səbr diləməklə, sərnişinlərə ictimai nəqliyyatdan istifadəni məsləhət görürük:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər qədər;

11. Mikayl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

13. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Körpünün sökülməsi və yerində yeni, düzünə hərəkət zolaqlarının çəkilişinin nə zaman başa çatacağı barədə dəqiq məlumat yoxdur. Deməli, bunu gözləmək və səbr etmək lazımdır. 
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN