booked.netbooked.net booked.net  

...Dünya şəhərlərindəki tikinti eybəcərliyi ilə bağlı sıralama olsa, görəsən Bakı şəhəri neçənci yerdə dayanar?

Bəri başdan gördüklərimə istinad edərək deyirəm ki, ən azə ön yerdə qərar tutar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, paytaxtın mərkəzində göydələn tikintisinə yol verilməməlidir. Amma nə fayda? İşbazlar gah pilot layihə adı altında, gah da köhnə tarixə sərəncam əldə edib öz bildiklərini edirlər. Məsələn, Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində ("Qənimətlər parkı"nın qarşı hissəsində) dörd və ya beşmərtəbəli yaşayış binalarının yanında iyirmimərtəbəli binaların tikintisi hansı tikinti qayda və mədəniyyətinə uyğundur???

Bir sözlə, Bakının hazırda əksər yerlərində sürətli tikintilər gedir. Ağaclar kəsilir, göydələnlər, yaxud ticarət mərkəzləri ucalır... Ona görə də Bakıda bütün səylərə baxmayaraq tıxacın qarşısı alınmır. Səbəb isə çox sadədir: Bakı mərkəzdən kənara deyil, mərkəzdə tikilir...

*** 

Şəkildə gördüyünüz bu foto sosial mediada yayılıb. Alatavada yaşayış evlərinin həndəvərində kimsə ev tikir. Ağır texnika ona yaxın ağacın dibində və ətrafında eşələnir. Güman ki, həmin ağaclar az sonra qeyb olacaq. 

Bu foto isə 8KM-də (Nizami rayonu) Şərifli-25-də çəkilib. yüzdən artıq çoxillik ağacların olduğu meşəlik kimlərsə tərəfindən ilyarımdır dəmir çəpərə alınıb, artıq quruyan ağaclar da var... Ekologiya Nazirliyinin əməkdaşları bir-iki ağacı qurudanı prokurorluğa verir, cinayət işi başlanır, bu vandalizmə isə hamı susur. Yayın bu ilki istisində suszluqdan ahı göylərə və məmurlara çatmayan bu ağacları həbsə salmaq hansı qanuna sığır???

A.Məmmədli 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN