booked.netbooked.net booked.net  

Avropadan Gürcüstannın siyasi rəhbərliyinə daha bir sərt çağırış gəldi...

"Gürcüstan hakimiyyəti Mixeil Saakaşvilini təcili şəkildə azad etməlidir". "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Avropanın liberal və demokrat partiyası bəyanat verib. Bəyanatda onun huquqlarının və şəxsi dəyərlərinin qorunması tələbi də öz əksini tapıb "Gürcüstan hakimiyyəti şübhəli dəlillər əsasında, hazırda Ukrayna vətəndaşı olan, ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilini həbsdə saxlayır. O, 50 gün ərzində aclıq edirdi və həbsdə olduğu müddətdə sağlamlıq vəziyyəti də pisləşib. İnsan hüquqları üzə Avropa məhkəməsi Saakaşvilinin məsələsi ilə bağlı müvəqqəti ölçülər götürüb. Gürcüstan hakimiyyətinə müraciət edirik: Gürcüstan hakimiyyəti tərəfindən Mixeil Saakaşvili təcili olaraq azad edilsin; Gürcüstan hakimiyyəti sabiq prezidentə diqqət göstərsin, onun huquqları və şəxsi dəyərləri qorunsun,"- deyə bəyanatda bildirilir.

Gürcüstan hakimiyyəti bu bəyanata hələki reaksiya verməyib...

AşMəmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN