...Həbsdə olsa da siyasi bəyanatlarından qalmayan Mixail Saakaşvili bu gün yenidən sərt bəyanatla çıxış edib...

O, "Gürcü Arzusu və İvanişvilinin reytinqi məhv olub. Hazırda kütləvi etiraz aksiyaları və növbədənkənar seçkilər təyin etmək üçün ideal bir zəmin yaranıb", -deyərək NDI təşkilatı tərəfindən ölkədə aparılan sorğunun nəticələrinə münasibət bildirərkən əlavə edib ki, bu tipli sorğularda müxalifətə dəstək göstərməyə xalqın sadəcə kiçik bir hissəsi cəsarət edir: "Siyasətçilərin şəxsi və partiya reytinqlərinə gəlidikdə isə burada çox az sayda sorğu iştirakçısı müxalifətə dəstək göstərməyə cəsarət edir. Təsəvvür edin ki, siz dövlət qulluqçususunuz və naməlum bir nömrədən zəng edərək, sizdən siyasətçilər arasında kimi bəyəndiyinizi soruşurlar. Misal üçün, siz hər hansı bir müxalifət liderini bəyənirisiniz. Ancaq, yarım saat əvvəl televiziya vasitəsilə izləmisiniz ki, bu cür mövqeyinə görə nazir Tsulukiani çox hörmətcil insanları işdən çıxarıb. Buna görə də sizə ünvanlanan suala heç birini bəyənmirəm və ya hakimiyyətdən kimisə bəyənirəm deyə cavab verirsiniz. Üz-üzə baş tutan anket sorğuları nisbətən daha obyektivdir. Bu sorğu nəticəsində sadəcə bunu deyə bilərik: Gürcü Arzusu və İvanişvilinin reytinqi məhv olub. Hazırda kütləvi etiraz aksiyaları və növbədənkənar seçkilər təyin etmək üçün bir zəmin yaranıb", - deyə Saakaşvili əlavə edib.

Siyasi hakimiyyət isə hələki onun bu bəyanatına münasibət bildirməyib...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA