booked.net booked.net  

Rusiya Prezidenti Vladimir Putin, nəhayət ki, Ukraynanın ABŞ tərəfindən müdafiə edilməsinin əsl sirrini açıb...

Belə ki, "Ukrayna ABŞ-ın təhlükəsizlikdən daha çox Rusiyanı cilovlamaq, Moskvanı silahlı münaqişəyə cəlb edərək məqsədlərinə çatmaq üçün bir alətdir", -deyən Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. "Bizə deyirlər ki, bəli, hər bir ölkənin öz təhlükəsizlik sistemini seçmək hüququ var. Biz bununla razıyıq. Amma mənə elə gəlir ki, həmin ABŞ Ukraynanın təhlükəsizliyinə o qədər də əhəmiyyət vermir - baxmayaraq ki, bəlkə də, onlar bu barədə düşünür, amma hardasa bəzən ikinci planda. Onların əsas vəzifəsi Rusiyanın inkişafını cilovlamaqdır. Məsələ budur. Bu mənada Ukraynanın özü bu məqsədə çatmaq üçün sadəcə bir alətdir. Bu, müxtəlif yollarla edilə bilər. Bizi hansısa silahlı münaqişəyə çəkməklə... Avropadakı müttəfiqlərini bizə qarşı ABŞ-da danışılan çox sərt sanksiyaları tətbiq etməyə məcbur etməklə...Ya da Ukraynanı NATO-ya daxil edib, orada zərbə silah sistemləri qurub hansısa benderçiləri Donbas və ya Krım məsələsini silah gücü ilə həll etməyə ilhamlandırmaqla... Bu halda yenə də bizi silahlı münaqişəyə sürükləyirlər", deyə Rusiya Prezidenti vurğulayıb.

 ABŞ-ın siyasi dairələri də artıq etiraf edirlər ki, NATO qoşunları Ukrayna-Rusiya müharibəsində iştirak etməyəcək, amma onlar Ukraynanı silahlandırmaqda davam edirlər...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN