Ötən gecə sürücülərin səhlənkarlığı ucbatından Göygöldə baş verən dəhşətli qəzada ölən 6 nəfərin adları məlum olub.

Tezadlar.az Daxili İşlər Nazirliyinin yaydığı ilkin məlumata istinadla bildirir ki, qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti hələki müəyən edilməyib. Rəsmi məlumatda qeyd edilir ki, qəza  "DAF" markalı yük avtomobili ilə "VAZ-2107"nin toqquşmasından baş verib. toqquşub. 

Qəzanın səbəbi araşdırılır. Lakin ehtimal var ki, gecə saatlarında baş verən hadisədə sürücülərin yuxulu olması, yaxud işıqlandırmadan düzgün istifadə edilməməsi, eləcə də sürücülərdən birinin sərxoş olması faktı var. Bütün hallarda təəssüf!

A. Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA