booked.netbooked.net booked.net  

...Çoxlarından eşitdiyim fikir olmasın, bu əzəmətli kişinin ölümünə inana bilmirəm... Halbuki Goradil kənd qəbirstanlığında olmuşam, sədaqətli ömür-gün yoldaşı Kəlimət xanımın məzarı yanındakı qəbrini də görmüşəm, kövrəlmişəm, xəyalən keçən əsrin 60-70-ci illərinə qayıtmışam, doğma bir duyğu ilə bu yazını yazmağı qərara almışam... Ən başlıcası, bənzərsiz, maraqlı-səmimi, istedadlı, yaradıcı insan barədə nəsə demək, yazmaq məsuliyyətini boynuma götürməyə cəsarət etmişəm.

Pin It

Məhəmməd Əmin Rəsulzadənin doğum günü “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskva şəhərində də qeyd olunub.

Pin It

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Pin It

Şərqşünas alim, tərcüməçi Nəriman Qasımzadə indiki və gələcək nəslə keçmişini unutdurmayacaq olduqca maraqlı xatirəsini paylaşıb... Alim yazır:
-İndiki nəsil bilməz, sovet dövründə bütün çap materialları “Qlavlit” (Главное управление по делам литературы и издательств) adı ilə məşhur bir dövlət idarəsinin icazəsindən keçməli idi. O idarə çapa göndərilən yazıların senzurasını həyata keçirir, cümlə, söz, ifadə, mətn və s.-nin sovet ideologiyasına uyğunluğunu yoxlayır, uyğun olmayan nə varsa, hər şeyin çapına yasaq qoyurdu. Müəlliflər də düşürdü sovet hökumətinin qara siyahısına. Bundan ən çox əzab çəkən milli ruhlu yazıçılar, şairlər olurdu. Milli məsələlərdə mövqeyi, idealı olan qələm əhli düşündüyü, oxucularına çatdırmaq istədiyi mətləbləri məcbur olurdu sətiraltı – zahirən ciddi siyasi yükü bilinməyən, amma mənası ayıq oxucu üçün aydın olan ifadələrlə yazsın. Başqa cür mümkün deyildi, çünki senzura hakim siyasətə, ideologiyaya tərs düşən heç nəyi çapa buraxmazdı.
60-cı illərin əvvəllərində Ədəbiyyat qəzetinin redaktoru işləyən Q.Qasımzadə Xəlil Rzanın "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,/ Qolumdakı zəncirimi qıram gərək, qıram, qıram..." sətirləri keçən şeirini Qlavlitdən belə keçirə bilmişdi ki, qəzetdə şeirin təqdimatına guya Afrika xalqlarının azadlığına həsr edilir deyə bir ithaf cümləsi əlavə etmişdi. Amma partiyanın Mərkəzi Komitəsində buna dərhal reaksiya verilmiş, Qasım müəllimə xəbərdarlıq da etmişdilər.
Əslində senzuradakılar yerli insanlar idilər. Aralarında elələri vardı sətiraltı ifadələri yaxşı anlayır, bunlara göz yumur, öz milli ləyaqətlərini bu yolla qoruyur, borclarını bu yolla ödəməyə çalışırdılar. Əlbəttə, söhbət donosbazlığın təşviq və məcbur edildiyi məşum 30-40-cı illərdən getmir, o zamanlar Qlavlitə elə bir ehtiyac yox idi, adamlar açıq iclaslarda, mətbuatda biri digərini aşkar güdaza verirdi. Bu barədə çox yazılıb...
Dünən Qlavlit veteranlarından yaşı 90-a yaxınlaşan biri mənə telefonla zəng etmişdi. Xatirələrini də bölüşürdü mənimlə. Özündən icazə almamışam deyə adını yazmıram. Dediklərindən sadəcə birini paylaşmağı lazım bildim.
Uzaq 70-ci illərin əvvəllərində Bəxtiyar Vahabzadənin bir poeması çapa getməli imiş. Əsərin Qlavlitdə olmasını deyirlər. Bəxtiyar müəllim axşam saat 10-11 radələrində Qlavlitin o zaman gənc olan həmin məsul əməkdaşına telefonla zəng edir. Aralarında belə bir dialoq baş verir:
- Poemanı oxudunmu?
- Bəli, Bəxtiyar müəllim, oxumuşam.
- Əsərə dair səndə neçə sual yarandı?
- Bircə sual...
- Nə yaxşı bir sual?! Çox gözləyirdim. Ona qədər sual gözləyirdim səndən.
- Yox elə bir sualım olacaq.
- Nə sualdır, de fikirləşək.
- Yox, Bəxtiyar müəllim, qalsın sabaha, sabah görüşəndə müzakirə edərik.
- Sabaha saxlamayaq, elə indi de bilim də... Nə məsələdir?
- Bəxtiyar müəllim, təkid edirsiniz, deyirəm: istəyirsiniz ki, məni də sizə qoşub Sibirə göndərsinlər?
- Nə danışırsan? Nəyə görə?
- Yazınızda bir misraya görə.
- Hansı misraya?
- Bəlkə sabah idarədə görüşək?
- Yox, de görüm, o hansı misradır?
- Bəxtiyar müəllim, yazmısınız “ruslar gəlsə sahiblənər bu yurda”.
- Ola bilməz...
- Yazmısınız, Bəxtiyar müəllim. Əsərin bir surəti sizdədir, baxın ... filan səhifəyə.
- ...
- Gördünüz?
- Hardasan, gəl görüşək.
- Bəxtiyar müəllim, bəlkə sabaha qalsın, gecdir axı...
- Yox, elə indi çıxıram, görüşək.
Vədələşirlər Səməd Vurğun bağında görüşsünlər. Bəxtiyar Vahabzadə poemanın Qlavlit surətindəki mətnində “ruslar gəlsə sahiblənər bu yurda”nı “qonaq gəlsə sahiblənər bu yurda” ilə əvəz edir. Zatən ayıq oxucu üçün "sahiblənər" sözü də yetərdi ki, mənanı tuta bilsin.
Qlavlit veteranından poemanın adını soruşdum, xatırlamadığını dedi.
*** 
Bəli, keçmişimizin belə bir də təkrarolunmaz səhifələri və hadisələri gələcək nəsillərə daşınmalıdır...
A.Məmmədli
Pin It

"Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən, dağlıq və meşə sahələrindən ibarətdir. Bu rayonlarda qış ayları çox sərt keçir və havanın temperaturu gecələr 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur 30-a qədər düşür".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.

Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində burada xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb. Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissələrin istifadəsinə verilib: "Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Bu tədbirlərə yolların qar örtüyünün təmizlənməsi işarəedici çubuqların basdırılması da daxildir. Lakin bilirsiniz ki, çovğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür", - deyə A.Eyvazov deyib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN