booked.net booked.net  

"Əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı".

***

Bu gün Bakıda “Türk Dövlətləri İqtisadi Forumu” təşkil edildi. Forumda çıxışım zamanı Türk dövlətlərinin iqtisadi potensialına və imkanlara xüsusi diqqət ayırdım.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert sosial media hesabındakı paylaşımda bildirib.

İqtisadçı vurğulayıb ki, türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır.

"Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı. Bu Türk dünyasının iqtisadi potensialını göstərən əsas faktorlardandır", - deyə bildirib.

Vüqar Bayramov diqqətə çatdırıb ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin böyük faizi digər ölkələrlədir. 

"Eyni zamanda, Türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 42 milyard dollardır. Bu, türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu isə o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin 96,5 faizi digər ölkələrlədir. Bu həm də o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır.

İqtisadi və ticari inteqrasiya üçün potensialın imkanlara çevirlməsi vacibdir. Türk dünyasının güclü iqtisadi bazasının və qarşlıqlı inteqrasiyasının güclənməsi zamanın çağrışıdır", - deputat qeyd edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN