booked.netbooked.net booked.net  

Qusar RİH başçısının müavini Elman Mustafayev: "Rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər tikildiyi halda siz də növbəlilik əsasında mənzillə təmin olunacaqsınız"

Qusar rayonunun Mucuq kənd sakini, iki azyaşlı uşaq atası, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsində sağ gözünü itirən qazi, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunan, 2-ci qrup əlil, baş leytenant Nurmətov Radik Nurmət oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müracitini dərc etmişdik.

Müraciətdə R.Nurmətovun 21 il hərbi xidmətdə olduğu, xidmətin 17 ilini Beyləqan və Füzuli rayonlarının sərhəd bölgələrinin səngərlərində ermənilərlə təmas xəttində keçirdiyi bildirilib.

Eyni zamanda, həmin illərdə 2 azyaşlı övladı ilə ailəsinin kirayələrdə yaşadığı, hərbi xidmət müddətində sərhəd bölgəsində olduğu üçün həftələrlə ailəsindən ayrı yaşamaq məcburiyyətində qaldığı, bütün əzab və əziyyətlərə baxmayaraq, Ali Baş Komandanın əmr və göstərişlərinə vicdanla əməl etdiyi, vətəninin keşiyində layiqli xidmət göstərdiyinə görə dəfələrlə fəxri fərman, orden və medallarla mükafatlandırıldığı, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində zirehli tank xidməti rəisi vəzifəsini yerinə yetirdiyi qeyd edilib.

Baş leytenant müraciətində həmçinin Vətən müharibəsində sağlamlığının 70 faizini itirərək 2-ci qrup əlil olduğunu bildirib: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TSEK-nin 30.08.2021-ci il tarixli rəyinə əsasən, mən dövlət tərəfindən pulsuz maşınla təmin edilməliyəm.

Azərbaycan Respublikasının və Nazirlər Kabinetinin müharibə əlillərinin ev və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilməsi barədə verdiyi fərman və qərarlardan tam təsdiq olunur ki, məni dövlət pulsuz ev və maşınla təmin etməlidir. Lakin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məni əsassız olaraq qanunla haqqım olan ev və avtomobillə təmin etmək istəmir.

Cənab Ali Baş Komandan!

Göründüyü kimi, S.Babayev kimi məmurlar Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və əlil olan vətəndaşlar, yaxud onların ailələri üçün dövlət tərəfindən verilmiş qərar və sərəncamlardan ya xəbərləri yoxdur, ya da onlara əməl etmək istəmirlər.

Cənab Ali Baş Komandan!

Yuxarıda qeyd etdiklərimi – sağlamlığımla bağlı hal-hazırkı vəziyyətimi, 21 il ən ağır şəraitdə 2 azyaşlı övladımla sərhəd bölgələrində kirayədə yaşadığımı nəzərə alaraq, müraciətimi nəzarətə götürüb, qanunla mənə düşməli olan ev və maşınla təmin edilməyim barədə aidiyyəti qurum rəhbərlərinə göstəriş verməyimi xahiş edirəm".

***

"Təzadlar" qəzeti olaraq Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsində sağ gözünü itirən qazi, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunan, 2-ci qrup əlil, baş leytenant Nurmətov Radik Nurmət oğlunun müraciətini ictimailəşdirdikdən sonra redaksiyamıza R.Nurmətovdan növbəti müraciət daxil olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova ünvanlı müraciətdə deyilir:

"Hörmətli Ali Baş Komandan!

Bildirirəm ki, 23.11.2021-ci il tarixdə Sizə və aidiyyəti qurumlara müraciət ünvanlayaraq tapdanmaqda davam edən hüquqlarımı müdafiə etmək üçün köməklik göstərilməsi və süründürməçilıyə yol verilmədən; qanunla mənə verilməli olan ev və avtomobillə təmin olunmağımı xahiş etmişdim.

Lakin təəssüflə bildirirəm kı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədr müavini Zaur İbrazimov və Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyası və Humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev şablon xarakterli, qanuna zidd cavablar yazmaqla öz işlərini bitmiş hesab ediblər.

Z.İbrahimov yazır ki, mənim evlə təmin edilməsi məsələsinə növbəlilik qaydasında baxılacaq, avtomobillə təmin edilməyimə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əlillik Alt Sistemdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndiriləcək.

Qusar RİH başçısının müavini E.Mustafayev isə cavab məktubunda yazır ki, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər tikildiyi halda növbəlilik əsasında mənzillə təmin olunacağam.

Nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobillə təmin edilməsi qaydaları haqqında Təlimatın 2-ci maddəsinə əsasən, maşın almaq üçün əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssənin göstərişi əsasında həyata keçirilir və əlilə TSEK tərəfindən göndəriş verilir.

Bildirirəm ki, mənə avtonəqliyyat verilməsi barədə Qusar rayon tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən verilmiş 10.09.2021-ci il tarixli Qərarı özüm şəxsən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əlillik Alt Sistemdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişəm. Onların cavab məktublarını isə qanunsuzluq yox, qaziyə qarşı edilən hörmətsizlik kimi qəbul edirəm.

Həmçinin, mənzillə əlaqədar Qusar RİH başçısının müavini E.Mustafayevin cavab məktubundan tam bəlli olur ki, ev tikilməsə, məni mənzillə təmin etməyəcəklər.

Qeyd etdiyim kimi, mən 21 illik hərbi xidmətin 17 ilini sərhəddə, yağışlı, qarlı, minimum yaşayış səraiti olmayan, ermənilərlə 100 metrlik məsafədə olan sərhəddə qulluq etmişəm. Məlum Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıyam.

Həyat yoldaşım və 2 azyaşlı övladım 17 ildir məişət şəraiti çox pis vəziyyətdə olan kirayə evlərdə qalmaq məcburiyyətində olub və həftələrlə ailə üzvlərimi görməmişəm.

Atam ürəyindən açıq əməliyyat keçirən zaman məcburiyyət qarşısında qalıb bankdan 15 min manat kredit götürmüşəm.

Aldığım 700 manat maaşla həm ailəmi dolandırmışam, həm də kredit borcumu qaytarmışam. Ancaq Qusar RİH başçısının müavini E.Mustafayev kimilər rayonda firəvan həyat yaşayıb, bizim qanımız, sağlamlığımız bahasına kef çəkib. Onun cavab məktubu qaziyə hörmətsizlikdən başqa bir şey deyil. 1050 nəfər sakini olan Mucuq kəndindən 5 şəhid və 2 nəfər qazi var. Kəndimizin igid və mərd şəhidləri, Sultaliyev İlham, Ərzimanov Aydın, Hacaliyev Cəmaləddin, Məcidov Ramiz və Əhmədov Tural vətən uğrunda döyüşlərdə şəhid olanda Elman Mustafayev, digər vəzifə sahiblərinin oğlanları harada gizlənmişdi?!

Hörmətli cənab Prezident!

Mən vətən yolunda sağlamlığımın 70 %-ini itirmiş qaziyəm. İndi isə övladlarım üçün normal şərait yaratmaq istəyirəm. Lakin bu məmurlar bizi başa düşmək istəmirlər.

Qanunla məni Müdafiə Nazirliyi də mənzillə təmin etməlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, hər iki qurum qanunlarımızın tələblərinə əməl etmək istəmırlər. Bu məmurların Sizin imzaladığınız sərəncam və fərmanlardan ya xəbərləri yoxdur,  ya da ki, onlara əməl etmək istəmirlər.

Halbuki hərbi qulluqçuların statusu haqqında qanunun tələblərinə əsasən, 20 il və 20 ildən çox xidmət etmiş, müharıbədə əlillik dərəcəsi almış qazilər 6 ay müddətində yerli icra hakimiyyəti başçıları növbədənkənar mənzillə və ya mənzil olmadıqda pulsuz torpaq sahəsı ilə təmin edib koopratıv ev tikmək üçün bank krediti 100 % ödəmə şərti ilə əvəzsiz maliyə yardımı göstərməklə mənzıllə təmin edilməlidir.

Qeyd etdiklərimi nəzərə alaraq Sizdən xahiş edirəm, məmur özbaşınalıqlarına son qoyulmasına, kobud şəkildə tapdanmaqda davam etdirilən hüquq və haqlarımın müdafiə edilməsinə köməklik göstərəsiniz".

Müraciətlə əlaqədar olaraq aidiyyəti qurumların da rəsmi mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

"Azərbaycanda Birinci Qarabağ mühairbəsindən 20 minə yaxın, ikincidən isə 3000 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var. Onlara dövlət qurumları tərəfindən müxtəlif kömək edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, heç qapısı döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, “YAŞAT” Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir".

Pin It

...Litva hökumətinin qərarı ilə ölkədə geniş qeyd edilən "Litva tatarları ili" başa çatır...
Pin It

Qəbələ rayonunun Tikanlı kəndində yaşayan şəhid ailəsi Bayramov Ayaz Ağanməd oğlu dövlət başçısına müraciət ünvanlanıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Mən hazırda 6 nəfərlik ailəmlə və eyni zamanda 3 bacımla (cəmi 9 nəfər olmaqla) birlikdə 50 ildir Qəbələ rayonunun Tikanlı kəndindəki ata yurdu olan, 4 sot torpaqda yerləşən 3 otaqlı köhnə və təmirsiz fərdi evimdə yaşayıram. Bir neçə il əvvəl vəfat edən atam Ağəmməd Bayramov evimizin və həyətyanı torpağımızın çox darısqal olduğunu nəzərə alaraq, yəni evdə 2 oğlu və 3 qızının, eyni zamanda 3 nəvəsinin yaşadığı köhnə evdə heç bir şərait olmadığına görə 1997-ci ildə “Şahdağ” Aqrqar İslahat Komissiyasına ərizə ilə müraciət edərək 0.2 ha həyətyanı torpaq sahəsinin verilməsini xahiş etdi. Yerli Aqrar İslahat Komisiyası da ərizəyə müsbət cavab verdi. Faktiki vəziyyəti yerində yoxladıqdan sonra atama şəhid ailəsi kimi yaşadığımız kəndin yaxınlığında - 700 metrdə yerləşən, lakin qonşu Qəbələ rayonunun Bum kəndi ərazisinə düşən bağ sahəsindən həyətyanı torpaq kimi 0.2 ha sahə qanuni formada ayrıldı. Biz həmin torpaq sahəsinin kənarını bərkidərək, daxilini daşlardan təmizlədik, ağac əkdik və ev tikmək üçün normal hala saldıq. Lakin çox təəssüflər olsun ki, həmin ərazi 2000-ci ildən sonra yerli Bum Bələdiyyəsinə verildi. Lakin yerli bələdiyyə bizim ailəyə ayrılan torpaq sahəsinin biz şəhid ailəsinə sənədləşməsinə müxtəlif bəhanələrlə imkan vermədi. Son illərdə isə daha irəli gedərək özbaşına - bizim razılığımız olmadan həmin bizə verilən ərazini kənar fiziki şəxslərə dəflərlə arxa tarixlə satmaq istədi. Lakin biləndə ki, bu kənarı bərkidilmiş ərazi 1997-ci ildən biz şəhid ailəsinə verilib, o zaman sakinlər verdikləri pulu bələdiyyədən geri alaraq getdilər. Xatırlatmaq yerinə düşər ki, hazırda bizim yaşadığımız Tikanlı kəndi hər iki tərəfdən çay vadisi ilə əhatə olunduğundan bələdiyyənin fondunda torpaq sahəsi yoxdur.

Atam sağlığında dəfələrlə yerli DTXK-nin Qəbələ rayon şöbəsinə rəsmi müraciətlər edərək, ona verilmiş həmin 0.2 ha torpaq sahəsinin mülkiyyət sənədini almaq istədi. Lakin qurum hər dəfə 16 mart 2007-ci ildə verdiyi rəsmi cavabda qeyd edir ki, “Yaxın vaxtlarda sizin tələb etdiyiniz sahənin mülkiyyət hüququna dair şəhadətnaməsi hazırlanaraq sizə təqdim ediləcəkdir”.

Lakin tam rüşvət vermədiyi üçün onu illər uzunu süründürməçiliyə saldılar. Nəhayət, son müraciətimə bu ilin 16 iyununda Əmlak Məslələri DK-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti rəisinin müavini Elşad Məmmədovun əsassız cavabını aldıq: “Bum kəndi, “Şahdağ” kolxozu, Yerli Aqrar İslahat Komissiyasının tərtib etdiyi 25 dekabr 1997-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair aktı hüquq müəyyənedici sənəd deyil, həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd olduğundan, sözügedən aktda göstərilən 0.2 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır”.

Belə olan halda ortaya sual çıxır: Bəs niyə qonşuluqda Yerli Aqrar İslahat Komisiyasının qərarı əsasında paylanmış digər torpaq sahələrinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən mülkiyyət sənədləri verilmişdir? Bəli, vaxtilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bizə ayrılan 2000 kv.m torpaq sahəsi üçün torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmalı və Dövlət Torpaq Kadastrı kitabında qeydiyyata alınmalı idi. Ona görə biz fiziki şəxsin heç bir günahı ola bilməz. Bu gün bu işi DTXK-nin əvəzinə DƏK-in Qəbələ 9 saylı Ərazi Reyestr İdarəsi tərəfindən həyata keçirilə bilərdi. Amma bizə formal və əsassız cavab yazmaqla işləini bitmiş hesab edir.

Hörmətli cənab Prezident!

Bir daha xatırlatmaq istəyirəm ki, bizim hazırda köhnə və təmirsiz 3 otaqlı ata yurdu hesab edilən və 90 il əvvəl inşa edilmiş heç bir şəraiti olmayan evimizdə son 28 ildə bizim ailəyə dövlət tərəfindən heç bir imtiyaz tətbiq edilməyib. Nə bir avtombil, nə bir mənzil, nə bir iş, nə pul mükafatı, nə bayram günlərində hətta Heydər Əliyev Fondunun təşkil etdiyi yardımlardan yararlanmamışıq. İstədiyimiz tək bir mənzil problemini həll etmək üçün bizim adımıza verilən bu 0.2 ha torpaq sahəsidir ki, onu da sənədləşməsinə imkan verilmir, yerli bələdiyyə isə özbaşına bu yerimizi 2 nəfərə hər birinə 10 sot olmaqla satıb mənimsəyib. Ona görə bu torpağımızı bizə sənəd üzrə verə bilmirlər. Bu torpağı sənədləşdirə bilsəydik, ev tikmək barədə düşünərdik. Nə yazıq ki, yerli bürokratlar biz şəhid ailəsinə nəinki kömək etmək, heç maraqlanmayıbar. Son araşdırma zamanı o da məlum oldu ki, uzun müddət Bum Bələdiyyəsinin sədri şəhid atası kimi atama 1997-ci ildə rəsmi ayrılmış bu yerin 10 sotunu öz oğlunun, digər 10 sotunu isə digər imkanlı şəxsə satdı. Yerli əhalinin verdiyi məlumatlardan o da məlum oldu ki, Bum kəndi ərazisində nə qədər bələdiyyəyə ayrılan yaxşı yerlər var, hamısını öz yaxın qohum-əqrəbalarının adına saxta sənədlərlə alqı-satqı edib özü yiyələnib. İndi bazar açıb baha qiymətə kənar fiziki şəxsxlərə satmaqla məşğuldur. İş o yerə çatıb ki, hətta vəfat edən atasının da adına arxa tarixlə alqı-satqı müqaviləsi, qərar, torpağın plan və ölçüsü sənədləşdirsə də, banka ödənilən rüsum pulunun arxa tarixinə sənəd düzəldə bilməyib. Eləcə də digər bacısının, qardaşının, xalasının, əmisinin, dayısı oğullarının, bir sözlə, bütün qohumlarının adlarına yerlərin hamısını əsassız olaraq zəbt edib. 1997-ci ildə biz şəhid ailəsinə ayrılan 20 sot torpaq sahəsini də baha qiymətə satmaq üçün oğlunun adına rəsmiləşdirib. İndi də bəhanə edir ki, get gözlə, sənin yerini başqalarına vermişəm, gərək onlardan alan pulu qaytaram, sən gərək 2000 manat verəsən ki, mən bu sənədləşməni həyata keçirim və s. boş-boş sözlərlə məni yola verməklə məşğuldur.

Hörmətli cənab Prezident!

Çox xahiş edirik ki, yerli bələdiyyə sədrinin son 15 ildə törətdiyi qanun pozuntularının araşdırılmasına göstəriş verə və bizə 1997-ci ildən ayrılmış 0.2 ha torpaq sahəsidən istafadə etməyimiz üçün yerli aidiyyəti qurumlar tərəfindən süründürməçiliyə salınmadan tələb edilən sənədləşmənin aparılmasına göstəriş verəsiniz. Axı bu torpağa mənim şəhid qardaşımın qanı axıdılıb. Və bizim 9 nəfərlik ailəmizin mənəvi haqqı çatır ki, bu yerə sahiblik edək. Yerli bələdiyyə sədrinin bütün torpaqları qanunsuz olaraq zəbt edib öz adlarına sənədləşdirdiyi qohum-əqrəbassından heç kəs nə 1-ci, nə də 2-ci Qarabağ müharibəsində iştirak edən olmayıb".

Şikayətlə bağlı bütün maraqlı tərəflərin mövqelərini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm"

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN