booked.net booked.net  

"Azərbaycanda Birinci Qarabağ mühairbəsindən 20 minə yaxın, ikincidən isə 3000 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var. Onlara dövlət qurumları tərəfindən müxtəlif kömək edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, heç qapısı döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, “YAŞAT” Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir".

Bunu parlamentin iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. O, dolaşıqlığı aradan qaldırmaq üçün təkliflə çıxış edib: "Birincisi, ASAN Xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN Xidmətdə emal edilsin və vahid mərkəzdə - şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün.

Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik. Qoy, şəhid ailələri, müharibə əlilləri və sağlamlıq problemi olan digərləri bu təklifə görə məndən inciməsinlər. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun. Amma növbəli şəkildə. Elə ailə, müharibə əlili və ya yararlısı var ki, oturub gözləyir, onun qapısı nə zaman döyüləcək?”.

Deputat bildirib ki, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin: “Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN