booked.netbooked.net booked.net  

Yanvarın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş 8 bala yaxın güclü zəlzələlər səbəbindən insan itkisinin sayı 8574-ə, yaralıların sayı isə 49 min 133 nəfərə yüksəlib. 

Elə ilk gündən zəlzələdən zərər çəkənlərə dövlətimiz tərəfindən həm humanitar yardımlar, həm də FHN-nin xilasedici və həkim qrupları göndərilib. Və hal-hazırda onlar zəlzələnin zərər vurduğu bölgələrdə fəaliyyət göstərirlər.

Lakin yardımsevər həmvətənlərimiz də bu ağır günlərdə Türkiyədəki bacı və qardaşlarımıza dəstək çıxmaq üçün 3 gündür ki, öz şəxsi təşəbbüsləri ilə yardımlar edirlər. Bu gün Babək prospektindəki körpünün altında, “Bravo”  supermarketinin yaxınlığında, “Doğtaş” mebel evinin qarşısında da çoxsaylı TIR maşınları həmvətənlərimizin gətirdiyi qış geyimləri, yorğn-döşək, ədyallar, ərzaq paketləri və digər zəruri olan əşyalarla doldurularaq yola salınır. İnsanlar kütləvi şəkildə yardım etməyə tələsir. Və hətta yoldan ötənlər də qutuların daşınmasına, bağlamaların bağlanılmasında yardım edirlər. Günorta saatlarında artıq 4 TIR maşınının Türkiyəyə yola salınıb.

yardim-turk2

Və yenə də əşyaların və ərzaqların qablaşdırılması davam etdirilir və ərazidə olan TIR maşınlar yüklənilir.

Xatırladaq ki, bu humanitar aksiyalar bir çox ərazilərdə həyata keçirilir və bölgələrimiz də buna qoşulub. Hazırda Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində də yardım toplanır. Bundan başqa, zərərçəkmişlərə kömək məqsədilə elan edilmiş müəyyən hesablara da pul köçürmələri edilir.

Ölkəmiz və həmvətənlərimiz qardaş dəstəyini davam etdirəcək.

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN