booked.netbooked.net booked.net  

Bakı şəhərində iki gün ərzində davam edən güclü siklon

və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməcilik keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

***

Qeyd edək ki, vaxtilə SSRİ  dönəmində vaxtaşırı bu cür iməcliklər keçirilərdi. Əlbəttə, o zaman keçirilən “subbotnik”lərin adı sosializmin banisi Vladimir İliç Leninin təşəbbüsü ilə bağlı idi. Məlumatlara görə, ilk dəfə məhz Lenin 1919-cu ildə dəmir yollarının vəziyyətini yaxşılaşdırmaq üçün dəmiryolçulara müraciət etmişdir. Və bu müraciət də cavabsız qalmamışdır. 1920-ci ilin 1 mayında təşkil edilmiş ümumrusiya iməcliklərində isə şəxsən özü də iştirak etmişdir. İməcliklər zamanı abadlaşma işləri aparılır, bütün idarə və müəssisələr öz işçilərini təmizlik işlərinə cəlb edirdi -məktəblər də bu siyahıya daxil olmaqla.  Sonralar isə bu ümumittifaq iməclikləri, Leninin doğulduğu günün şərəfinə - aprelin 22 -si keçirilməyə başlanıldı. Və bu tədbirlər əvvəllər könüllü olsa da, sonralar məcburi şəkil aldı. Və SSRİ-nin süqutuna qədər davam etdi...

Əlbəttə, RİH-in təşəbbüsünün çoxdan keçmişdə qalmış və gömdüyümüz bu tarixi “subbotnik”lərlə heç bir əlaqəsi yoxdur. Və çox  təqdirəlayiq çağırışdır. İnanırıq ki, Bakı sakinləri də bu çağırışa laqeyd qalmayacaqlar.

JASMİN

P.S. Amma bir sual ortaya çıxır: Görəsən, RİH-in bu çağırışına qoşulmaq istəyənlər üçün həftəsonu ictimai nəqliyyat işləyəcəkmi?..

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN