booked.net booked.net  

Jurnalistika jurnalistlərin də deyil, cəmiyyətin, dövlətin, xalqın... marağında olan bir sahədir- platformadır, institutdur! Əbəs yerə demirlər ki, mətbuat 4- cü hakimiyyətdir. Lakin təəssüflər olsun ki, bəzən bu hakimiyyətə peşəkarlar yox, bəzən jurnalistikaya məqsəd kimi yanaşanlar yiyələnib.
Jurnalistika həm də peşəkarların, bu peşənin yükünü çəkənlərin təəssübkeşliyinə ehtiyacı olan bir sahədir. Ona görə də bu peşənin adından sui- istifadələrə hamılıqla mübarizəli yanaşma olmalıdır. Uzun sözün qısası, uzun illər idi jurnalistikanın adına yaradılmış "Qızıl qələm" media mükafatı da istismara məruz qalmış, daha dəqiq desək, əsir götürülmüşdü... "Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, Trtajans İH- nin sədr müavini və Azərbaycan üzrə təmsilçisi Asif Mərzilinin bu istiqamətdə son təşəbbüsü və təklifləri, nəhayət, bəhrəsini verdi. "Qızıl qələm" media mükafatının kimə gəldi verilməsini təmin edən Çingiz İbadov ( Qurbanoğlu) Asif Mərzilinin məlum media çıxışından sonra bu mükafatın Azərbaycan Mətbuat Şurasına qaytarılması təklifinə müsbət yanaşmışdır. Həmçinin, şuranın sədri Rəşad Məcid tərəfindən reaksiya verilməsi, tanınmış media ekspertlərinin bu təşəbbüsləri dəstəkləməsi nəticəli oldu... Beləliklə, Ç.İbadov Mətbuat Şurasına dəvət edilmiş, onunla profilaktik söhbət aparılmışdır.
 Nəhayət, Ç.İbadov dünən Mətbuat Şurasının rəhbərliyinin adına müraciət qəbul etmiş, eləcə də həmin müraciətini sosial şəbəkə hesablarında yaymışdır. Müraciətdə deyilir:
"Azərbaycan Mətbuat Şurasına!  Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm" və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm".
Güman edirik ki, Ç.İbadov doğru qərar qəbul etmiş, baş verənləri səmimi qəbul edərək anlaşıqlı qərar qəbul etməkdə tamamilə düzgün yol tutmuşdur. 
 Təbii ki, bundan sonra əsas iş adı çəkilən media mükafatının yeni forma və məzmunla Mətbuat Şurası tərəfindən qəbul edilərək peşəkar jurnalistlərə verilməsinin təmin edilməsi olacaqdır...
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA