booked.net booked.net  

...Azərbaycan təbiətinin incilərindən biri də Ağcabədi rayonunun inzibati ərazisinə düşən Ağgöl Milli Parkıdır...

Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı bu Milli Parka mediatur təşkil edilib. Jurnalistlər Milli Parkın ərazisində olaraq bu təbiət incisinin ekosistemi və canlı təbiət inciləri ilə yaxından tanış olacaq, təbii sərvətimiz olan Milli Parkdakı ümumi mənzərəni yaxından seyr edəcəklər...

 Jurnalistlərə bələdçilik edəcək nazirliyin əməkdaşı və jurnalistlərin yaxın dostu İradə İbrahimovaya təşəkkürlərlə, yolumuz Ağgöl Milli Parkınadır...

Daha ətraflı reportajımız gün ərzində təqdim ediləcək...

"Təzadlar"

XXX

Arayış üçün: Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır.  Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” (Ramsar, İran, 1971) “Ramsar Siyahısı”na daxil edilmişdir. Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 02 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır.

2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılmışdır.Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.

Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.

Ag-Gel National Park

Ag-Gol, situated in the Mil plain of the Kur-Araz lowlands has a semi-desert landscape and is an important overwintering and nesting place for birds. Over 140 species of birds are found in the park, including 89 species of nesting birds (partridge, spoonbill, swan, teal, bustard, etc.). Approximately 30 specimens of charadriiformes and 24 specimens of anseriformers have chosen this reserve home for themselves. Some of the bird species living here such as Francolinus, white-tailed eagle, white pelicans (Pelicanus onocrotalus) and Dalmatin pelicans (Pelicanus crispus) are added to the "Red Book".

In addition to birds, the reserve is rich with 20 fish species such as pike, erythroculter, mongolicus and carp. However, it was much richer for its fish species in the past as it was connected with the River Kura. Furthermore, there are green toad, hylidae and lake trod in the reserve. Besides, it is possible to see the Caspian and swamp turtles, common and water grass snakes in the reserve.

Moreover, 22 species of mammals such as wild boar, coypu and jungle cat (Felis chaus) occur in the reserve.

The park is designed to protect the marshy ecological system, as the nesting and wintering places of migratory and water birds. Ag-Gol has been incorporated into the list of UNESCO's convention "On internationally important marshy areas as the residing places of birds"

Аггёльский национальный парк

Аг-Гол, расположенный на равнине Миль Кур-Аразской низменности, имеет полупустынный ландшафт и является важным зимующим и гнездящимся местом для птиц. Более 140 видов птиц встречаются в парке, в том числе 89 видов гнездящихся птиц (куропатка, колпица, лебедь, чирок, дрофа и т. Д.). Приблизительно 30 образцов charadriiformes и 24 образца anseriformers выбрали этот резервный дом для себя. Некоторые виды птиц, обитающие здесь, такие как Francolinus, орлан-белохвост, белые пеликаны (Pelicanus onocrotalus) и дальматиновые пеликаны (Pelicanus crispus) добавлены в «Красную книгу».

Помимо птиц, заповедник богат 20 видами рыб, такими как щука, эритрокультер, монголик и карп. Тем не менее, он был гораздо богаче для своих видов рыб в прошлом, поскольку он был связан с рекой Кура. Кроме того, в заповеднике есть зеленая жаба, hylidae и озеро. Кроме того, в заповеднике можно увидеть каспийских и болотных черепах, обыкновенных и водорослевых змей.

Кроме того, в заповеднике обитают 22 вида млекопитающих, таких как кабан, нутрия и кошка джунглей (Felis chaus).

Парк предназначен для охраны болотистой экологической системы, как места гнездования и зимовки перелетных и водоплавающих птиц. Аг-Гол был включен в список конвенции ЮНЕСКО "О важных болотистых местностях международного значения как местах проживания птиц"

fdceedc1-0e54-4592-bd26-509abc145322

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN