"Türkiyə Gürcüstandakı siyasi proseslərin gürcü xalqının xeyirinə nəticələnəcəyinə ümid edir"

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı bildirib. O, Qafqazda sülhün vacib olduğunu qeyd edib və bildirib ki, Gürcüstanın hökumət rəhbəri ilə bu barədə müzakirələr aparılıb: "Söhbətimiz zamanı biz Qəzza zolağında baş verən hadisələr və Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikir mübadiləsi apardıq, Bütün bəşəriyyət Fələstin xalqının azadlıq mübarizəsini dəstəkləməlidir. Biz müzakirəmizdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyimizi qeyd etdik və o cümlədən Qafqazda sülhün vacibliyini vurğuladıq. Biz bu istiqamətdə işi davam etdirmək istəyimizi bildirdik. Bu gün əldə olunan Ermənistanla Azərbaycan arasında sülh sazişi bütün region üçün tarixi fürsətdir”.

Ərdoğan eləcə də ölkəsinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Ərdoğan Kobaxidze ilə FETO və PKK ilə mübarizə barədə danışdıqlarını da vurğulayıb: "Baş nazirə dedim ki, biz Gürcüstanın ən böyük layihələrində, hava limanlarının tikintisində, enerji istiqamətində, elektrik ötürücü xətlərin çəkilişində iştirak etməyə, təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırıq və həmçinin mütəşəkkil cinayətkarlıq və terror təşkilatları, xüsusilə “Feto” və “Pekaka” istiqamətində vətəndaşlarımız üçün təhlükə yaradan bu qanunsuz türk təşkilatlarına qarşı mübarizə aparmaq üçün bir-birimizlə əməkdaşlıq edəcəyimizə söz vermişik. Biz ölkə daxilində və xaricində əməkdaşlığa hazırıq və bu istiqamətdə səylərimizi azaltmayacağıq. Ölkəmiz terrorçuları təqib etməyə və cəzalandırmaqda davam edəcək”, - deyə Türkiyə Prezidenti bildirib. O, həmçinin iyunun 18-də Dortmundda keçiriləcək Avropa çempionatı çərçivəsində Gürcüstan və Türkiyə yığmalarına uğurlar arzulayıb.

Bu cür xoş münasibət Ermənistana dərs olacaq bir addımdır. Amma genosid təfəkkürlü ermənilərə bu dostluğun və münasibətin fəlsəfəsi çatırmı?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN