booked.net booked.net  

Wobbegon

Həssas qrup ailələrinə psixoloji-mənəvi dəstək mütləqdir və bu, ictimaiyyətin də, QHT-lərin də ictimai borcu sayılmalıdır...

Ermənistan–Azərbaycan münaqişəsi başlanandan bu yana həm Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız, həm əsir götürülmüş, itkin düşmüş şəxslər, həm də respublikamızda öz iradələrinə zidd olaraq, doğma el-obalarından didərgin düşmüş məcburi köçkünlər yurd yerlərinin işğalı səbəbindən illərdir mənəvi-psixoloji gərginlikdə yaşamağa məcburdurlar. İllər boyu çadır şəhərciklərində, məişət komfortu olmayan köhnə tikililərdə, həmçinin müxtəlif şəhər və kəndlərdəki məktəb, bağça, yataqxana tipli tikililərin darısqal otaqlarında yaşamağa məcbur olmaları istər-istəməz bu qəbil şəxsləri həssas qrupa çevirib.

Bir milyona yaxın soydaşımızın – həssas qrup insanlarımızın sosial-məişət problemlərinin böyük qismi həll olunsa, illərdir dövlət tərəfindən onlar üçün yeni yaşayış binaları tikilsə, müasir mənzillərlə təmin olunsalar da, doğma yurd yerləri ilə bağlı nisgil, həsrət, dərd, ictimai-psixoloji, iqtisadi-etik amillər onlara mənfi təsir göstərib. Münaqişə başlanandan bugünə qədər bu həssas qruplara illərdir əsir və itkin düşmüş şəxslərin ailə üzvləri, doğmaları, yaxınları da qoşulub.

Böyük şəhərlərin sakinləri tərəfindən bir sıra hallarda məişət səviyyəsində hansısa basqılar, təzyiqlər bir sıra hallarda bu həssas və könlüsınıq, qəlbiqırıq insanların ümumi psixologiyasında mənfi izlər buraxır, sonrakı məqamlarda ailədaxili, eyni zamanda, icmadaxili şiddətə yol aça bilir.

Təşkilatımızın həyata keçirdiyi yeni layihədə itkin düşmüş şəxslər, həmçinin qaçqın və məcburi köçkün qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə münaqişə qurbanları arasında məişət zorakılığı, ailədaxili şiddət əleyhinə müxtəlif formatda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə məktəblilər, analar, psixoloqlar, pedaqoqların qələmə aldığı məqalələr, esselər, mobil araşdırmalardan ibarət toplunun nəşri, kağız və elektron formada çapa hazırlanması, yayımı, həmçinin bukletlərin buraxılması, internetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada – yazılı və elektron KİV-də təbliğat aparılması, tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Sadalanan problemlər ətrafında ənənəvi icma dəyərləri ilə müasir dünyanın çağdaş trendlərinin sintezi ətrafında real və virtual formalarda psixoloji-mənəvi, ictimai-sosial, elmi-mədəni araşdırmalar, dinləmələr və sosial şəbəkə müzakirələrinin aparılması, bu istiqamətdə konsep¬siya hazırlanması üçün ictimai polemikaların təşkili, toplu nəşri, internetdə – sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən həssas qrupa aid ailələrin üzvlə-rinə, geniş ictimaiyyətə çatdırılması planlaşdırılır. Bu toplunun da layihə çərçivəsində həyata keçirdiyimiz fəaliyyətlərin biri kimi maraqla qarşılanacağına inanırıq.

Cəmilə ÇİÇƏK,

araşdırmaçı-jurnalist,  Prezident təqaüdçüsü, f.ü.f.d.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN