booked.netbooked.net booked.net  

İranın tanınmış reperi, 32 yaşlı Tumac Salehi ölüm cəzası gözləyir.

Bu barədə CBC News xəbər verir.

Sənətçi oktyabr ayında dövlət hakimiyyətini tənqid etdikdən və 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı nümayişləri açıq şəkildə dəstəklədikdən sonra həbs edilib.

Mərhum hicabını səhv geyindiyinə görə həbs edilib və polis idarəsində döyüldükdən 3 gün sonra dünyasını dəyişib. Bu səbəbdən ölkədə etirazlar başladı, iranlılar kütləvi şəkildə saçlarını kəsməyə, hicabları yandırmağa başladılar.

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı müharibə” və “yer üzündə korrupsiyada” ittiham edib. Bu ittihamlar ölüm və sonradan edamla cəzalandırılır. Bildirilir ki, reperə maraqlarını qorumaq üçün şəxsi vəkil tutmaq qadağan edilib.

Bundan əvvəl iki məşhur iranlı aktrisa hicablarını açıq şəkildə çıxardıqdan sonra həbs edilmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN