booked.netbooked.net booked.net  

Nyu-Yorkda baş verən hücum nəticəsində 4 nəfər bıçaqlanıb.

Bu barədə Citizen fövqəladə xəbərdarlıq xidməti məlumat yayıb.

Məlumata görə, insident cümə günü, fevralın 3-də axşam saatlarında qeydə alınıb. Hücum Manhettenin qərbində baş verib. Hadisə yerinə həkim briqadası gəlib. Polisin ehtimal edilən şübhəli şəxsi saxladığı qeyd edilir. Onun cinsi, adı və yaşı göstərilmir. Qurbanların vəziyyəti ilə bağlı məlumat verilmir.

Bundan əvvəl ABŞ-da 19 yaşlı oğlan əlində pala ilə polisə hücum edib. Hücum Tayms Meydanı yaxınlığında baş verib. İddia olunur ki, naməlum şəxs heç bir səbəb olmadan polislərdən birinin yanına gələrək onun başına pala ilə vurmağa cəhd edib. Polis nümayəndəsi bildirib ki, polis məmurlarından biri təcavüzkarı çiynindən atəş açaraq yaralayıb, təcavüzkar saxlanılıb. Hücum zamanı yaralananlar xəstəxanaya aparılıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN