booked.net booked.net  

Aprelin 11-də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şirvan şəhər Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının bölgələr üzrə mərhələsinə start verilib.

Bu barədə Tezadlar.az-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyinin, Şirvan Şəhər Polis Şöbəsinin və Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlardan sonra yarışlara start verilib. 80 gənc yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər. Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Rövşanə Nağıyeva

1681215894766130247_1000x669

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN