booked.netbooked.net booked.net  

Türkiyə və Avropanın ən uzun, dünyanın isə üçüncü ən uzun tuneli Trabzon-Gümüşhane magistralında yerləşən Yeni Zigana tunelinin açılışı mayın 3-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən keçiriləcək.

Tezadlar.az xəbər verir ki, Yeni Zigana Tuneli 2x14,5 kilometr uzunluğunda qoşa boru şəklində Şərqi Qara dəniz və Qafqaz, Yaxın Şərq və İranı birləşdirən mühüm marşrut olacaq.

2017-ci il martın 17-də təməli qoyulan və o vaxtdan gecə-gündüz tikintisi davam edən Zigana tunelində işlər yekunlaşıb.

Qazıntı və beton üzlük işlərinin 2022-ci ilin yanvar ayında tamamlandığı Türkiyə və Avropanın ən uzun, dünyanın isə üçüncü ən uzun tuneli olan Trabzon-Gümüşhane avtomobil yolunda Yeni Zigana Tunelinin tikintisi tamamilə başa çatıb.

Şərqi Qara dəniz və Qafqazı Yaxın Şərq və İrana birləşdirən Trabzon-Gümüşhane magistral yolunda Tarixi İpək Yolu üzərindəki Yeni Zigana Tuneli ilə Trabzon ilə Gümüşhane arasındakı məsafə təxminən 30 dəqiqə azalacaq. Zamandan 40 milyon TL, yanacaqdan isə 99 milyon TL, ildə cəmi 139 milyon TL qənaət etməyi hədəfləyən nəhəng layihə ilə mövcud yol 8 kilometr qısalacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN