booked.netbooked.net booked.net  

Amerikanın "hava-yer" raketləri "Zuni" Ukrayna Silahlı Qüvvələrinə (USQ) daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.

Telegram kanalında Oleşçuk qanadları altında bu raketlərin asıldığı Su-25 təyyarəsinin fotosunu dərc edib.

Yanvarın əvvəlində Pentaqonun mətbuat xidməti Ukraynaya 4000 “Zuni” raketinin daxil olduğu 2,85 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

“Zuni” Amerikanın idarə olunmayan hava-yer raketidir. 1957-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilmişdir. Məqsədli atəşin maksimal məsafəsi 8 km-dir. Raket təxminən 500 mm qalınlığında zirehləri dələ bilər. Kiçik ölçülü yer və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN