booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın şimal və qərb bölgəsinə güclü dolu yağıb...

Ölçüsü yumurta, bəzi hallarda isə daha iri olan dolu vətəndaşların evinin şiferdən olan damını dəlmə-deşik edib... Təsərrüfatlara böyük ziyan vurulub.
Bəs doludan necə qorunmalı? Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, ölkənin Kareli bələdiyyəsində doluya qarşı torlar istehsal edən yeni müəssisənin açılışı olub. Bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, müəssisə dövlət və USAİD-in birgə kənd təsərrüfatı layihəsi çərçivəsində həyata keçirilib. 37 nəfər yerli sakinin işlə təmin edildiyi müəssisə Kareli bələdiyyəsinin Ruisi kəndində fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Naziri Otar Şamuqia bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd fermerləri mümkün qədər dolunun vurduğu ziyandan qorumaqdır. USAID-in Gürcüstandakı missiyasının direktoru Con Pennellin sözlərinə görə, yeni müəssisənin açılması Gürcüstan hökuməti ilə əməkdaşlığın ən yaxşı nümunəsidir.

XXX 

Azərbaycanda da doludan mühafizə üsulları barədə düşünülür. Sovetlər dönəmində dolu yağdıran buludların top ilə dağıdılması üsullarından istifadə edilərdi. Artıq Sovet ölüb, toplar müharibə bölgələrinə-ermənilərə qarşı istifadə üçün aparılıb. Amma nəsə düşünmək və beynəlxalq təcrübədən yararlanmaq lazımdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN