booked.netbooked.net booked.net  

ABŞ-ın keçmiş prezidenti Barak Obama Almaniyanın keçmiş kansleri Angela Merkellə şam yeməyində görüntülənib.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Berlin restoranında tanış olublar.

Məlumata görə, Obama təyyarəsi Berlin hava limanına endikdən dərhal sonra yeməyə gedib. Sabiq dövlət başçısının korteji mayın 2-də axşam saatlarında Şöneberq ərazisində peyda olub.

Naharda Merkelin əri Yoahim Zauerin də olduğu dəqiqləşib. İtalyan restoranı seçilib. Söhbətin nədən getdiyi hələlik məlum deyil.

Xatırladaq ki, mayın 3-də Barak Obama Mercedes-Benz Arenada olacaq və “zəmanəmizin böyük çağırışları və imkanları” mövzusunda çıxış edəcək.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN