booked.net booked.net  

Çin Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Çin şirkətlərinə Rusiya ilə mümkün əlaqələri səbəbilə qarşı sanksiya tətbiq etmək planına etirazını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Aİ-nin planları ilə bağlı xəbərlər doğrudursa, o zaman Avropa tərəfi “Çin ilə etimadı və əməkdaşlığı ciddi şəkildə poza” və dünyada qarşıdurmanı daha da gücləndirə bilər.

Onun sözlərinə görə, Pekin Aİ-ni yanlış yola getməməyə çağırır. Diplomat həmçinin vurğulayıb ki, Çin öz qanuni hüquq və maraqlarını mütləq qoruyacaq.

“Financial Times” daha əvvəl Aİ-nin Rusiyaya tədarüklərə görə Çin bizneslərinə qarşı sanksiyalar tətbiq etmək planları barədə məlumat vermişdi. Onun sözlərinə görə, iki materik Çin şirkəti və beş Honq-Konq şirkəti sanksiya siyahısında olub. Rusiyaya göndərilən məhsulların hərbi məqsədlər üçün istifadə edildiyi iddia edilsə də, Pekin Moskvaya hərbi yardım göstərdiyini inkar edir.

Bundan əvvəl Vanq Venbin bildirib ki, heç bir dövlətin Rusiya və Çin arasında ikitərəfli münasibətlərə müdaxilə etmək hüququ yoxdur. O, həmçinin ABŞ-ın hazırkı siyasətinin gərginliyin artmasına səbəb ola biləcəyinə əminliyini ifadə edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN