booked.net booked.net  

Mayın 8-nə keçən gecə Kiyev Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan bəri kamikadze pilotsuz uçan aparatların ən kütləvi hücumlarına məruz qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə mer Vitali Kliçko Telegram-da bildirib.

Onun sözlərinə görə, şəhərə ümumilikdə 36 pilotsuz təyyarə uçub. Onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin qurğuların dağıntıları şəhərin Svyatoşinski rayonunda bir neçə binaya ziyan vurub.

“Mən gecə vaxtı rus pilotsuz təyyarəsinin fraqmentlərinin düşdüyü hündürmərtəbəli binaya baş çəkdim. Dünən gecə barbarlar kamikadze dronları ilə ən kütləvi hücumu həyata keçiriblər. 60-a yaxın pilotsuz təyyarə havaya atılıb. Onlardan 36-sı paytaxta uçub. Hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bununla belə, bir neçə pilotsuz təyyarənin qalıqları Svyatoşinski rayonunda bəzi sosial obyektlərə və çoxmərtəbəli yaşayış binasına ziyan vurub”, - Kliçko yazıb.

O, hücum nəticəsində beş paytaxt sakininin yaralandığını, onlardan ikisinin xəstəxanaya yerləşdirildiyini bildirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN