booked.net booked.net  

Paris polisi təxribatçıları “Ölümsüz alay” aksiyasının başladığı Respublika meydanından dağıdıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, aksiya başlayanda Rusiya əleyhinə şüarlar səsləndirən insanlar toplaşan yerə yaxınlaşmağa başlayıb. Eyni zamanda, Ukrayna simvollarını nümayiş etdiriblər. Polis əməkdaşları hadisəyə müdaxilə edən təxribatçıları meydandan uzaqlaşmağa məcbur edib.

Məlumdur ki, “Ölümsüz alay”ın yürüşü müharibə illərinin nəğmələri altında Pere Laşez qəbiristanlığına doğru hərəkət edib. Fransa hüquq-mühafizə orqanları asayişi qoruyub.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, 9 May Qələbə Günü şərəfinə parad həmişəki kimi keçiriləcək. Bundan başqa, tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək və çıxış edəcək.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN