booked.netbooked.net booked.net  

...Bakının yollarının İntellektual İdarəetmə Mərkəzi hər səhər belə bir məlumat yayır ki, paytaxtın bir sıra yollarında tıxac var...

Yəni, bu o deməkdir ki, sürücülər və sərnişinlər alternativ yol axtarslnlar... Amma atalar deyib ki, axtaran tapar! Bakı sakinləri isə deyir ki, axtarırıq, tapa bilmirik. Çünki paytaxtın əsas küçələri tıxanır, hərəkət edilməli küçə qalmır. Daha doğrusu, bütün küçələr tıxaca hakimdir... Amma kimsə Bakını daxilə tikmənin alternativ yollarını demir, hər gün TV- lərdə bəlli şəxslərin himayəsində olan MTK- ların Bakının mərkəzində tikdiyi şəhərciklərin reklamı isə tıxacların nə vaxtsa həllini tapacağına ümidləri sıfıra endirir.

Bəli, dəfələrlə deyilib və yazılır ki, Bakını daxilə tikib paytaxtı süni avtomobil və əhali sıxlığı ilə sınağa çəkmək yolverilməzdir. Bir neçə ildən sonra Bakıda hərəkət daha çətin və dpzülməz olmayacaqmı?

Hökumət Qarabağda sürətli tikintilərə başlayıb, kənd və şəhərlər yenidən tikilir. Niyə Bakını tikinti bumu ilə yaşayış üçün dözülməz edən MTK- ları Qarabağdakı məlum tikintilərə cəlb etmirlər?

Bizcə, sual budur...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN