booked.netbooked.net booked.net  

Kaxovka SES-in zədələnməsi və bəndin dağılması indi də ukraynalıların od yağdıran silahlardan deyil, daşqınlardan zərər çəkməsinə səbəb olub...

 BMT-nin nüvə nəzarəti orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi Nova Kaxovkada bəndin dağılması ilə əlaqədar ukraynalılara yardım proqramına başlayıb.

Bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi məlumat verib.

CNN yazır ki, Qrossi “yaxın günlərdə Ukraynaya yardım missiyasına rəhbərlik edəcək” və orada planı Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim edəcək. Bu tədbirlər Kiyevin daşqından zərər çəkmiş ərazilərə beynəlxalq yardımla bağlı son müraciətlərinə cavab olaraq həyata keçirilir.

BAEA rəhbəri, həmçinin dağılmış bəndə bitişik su anbarından yuxarı axınla qidalanan yaxınlıqdakı istilik elektrik stansiyasından təhlükəsizlik baxımından vacib olan soyuducu suyu qəbul edən Zaporojye Atom Elektrik Stansiyasına da növbəti dəfə səfər edəcək.

 “Nüvə texnologiyasından istifadə etməklə biz içməli suya, insan sağlamlığına, torpaq və su idarəçiliyinə təsirini müəyyən edəcəyik və kritik infrastrukturun tamlığını qiymətləndirəcəyik”, - deyə Qrossi bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN