booked.netbooked.net booked.net  

Ötən gecə Ukraynanın 20 dronu Krım yarımadasına hücum edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 20 drondan 14-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.

Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını şərh etməyib, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı. Lakin yerli sakinlərin sosial şəbəkələrdəki paylaşımlarına əsasən, Krıma hücum zamanı dağıntılar olub, yerli turistlər qaldıqları otelləri və evləri tərk edərək qaçıblar.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN