booked.netbooked.net booked.net  

Rusiyadan Əsgəran qəsəbəsindən keçən humanitar yük Dağlıq Qarabağdakı vəziyyətə ciddi təsir göstərə bilməz, orada vəziyyət çox ağır olaraq qalır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan onu da qeyd edib ki, İrəvan Bakıdan sülh müqaviləsinin mətni ilə bağlı yeni şərhlər alıb və müəyyən vaxt ərzində onlara cavab verəcək.

“Bizim regionda sülhün alternativi yoxdur, bu, region ölkələrinin təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən yeganə həll yoludur”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yardımı olan yük maşını Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə gedib.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, yükün tərkibi Qarabağın nümayəndələri ilə razılaşdırılıb. Oraya ümumilikdə 15 ton ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri gətirilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN